• cümə axşamı, 25 aprel, 02:22
  • Baku Bakı 19°C

Dövlət başçısı: “Ermənistan kapitulyasiya aktını imzalamasaydı, özləri bilirlər bu müharibə nə ilə qurtaracaqdı”

17.11.20 13:58 469
Dövlət başçısı: “Ermənistan kapitulyasiya aktını imzalamasaydı, özləri bilirlər bu müharibə nə ilə qurtaracaqdı”
"Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər ki, bu müharibə nə ilə qurtaracaqdı. Bax, budur bizim gücümüz. Budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi”.
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Füzuli şəhərində çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq: "O cümlədən rəzil vəziyyətdə olan Paşinyan. Bizə 7 şərt irəli sürürdü. Bütün o şərtləri başına vurduq. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi: rədd ol çıx get! Və o şərtə əməl edildi. Güc hesabına! Birlik hesabına! İgidlərimiz hesabına! Şəhidlərimiz hesabına!”

banner

Oxşar Xəbərlər