• cümə, 29 Mart, 10:44
  • Baku Bakı 5°C

Dövlət başçısı Daşkəsənə səfər edib

17.10.14 21:21 1078
Dövlət başçısı Daşkəsənə səfər edib
Prezident İlham Əliyev oktyabrın 17-də Daşkəsən rayonuna səfərə gəlib. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Azərbaycan Prezidentinə burada görülən abadlıq işləri barədə məlumat verib.
Həmin gün Prezident və xanımı Mehriban Əliyeva Daşkəsəndə Heydər Əliyev Mərkəzinin, yeni avtovağzal kompleksinin açılışında iştirak ediblər, rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar.
Dövlətimizin başçısı görülən işlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
banner

Oxşar Xəbərlər