• cümə, 29 Mart, 16:30
  • Baku Bakı 14°C

Dövlət başçısı bölgələrə səfər edib

04.09.13 18:32 1297
Dövlət başçısı bölgələrə səfər edib
Prezident İlham Əliyev dünən Salyan, Biləsuvar və Cəlilabad rayonlarına səfər edib. Salyana və Biləsuvara səfərini başa çatdıran dövlət başçısı daha sonra Cəlilabad rayonuna gəlib.
Prezident əvvəlcə Cəlilabad şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub. Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan abadlıq-quruculuq işləri barədə İlham Əliyevə məlumat verib. Burada yenidənqurma işlərinə bu ilin mayında başlanılıb. İşlər qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılıb. Heydər Əliyevin parkda ucaldılan abidəsi yenisi ilə əvəz olunub. Qranitdən hazırlanmış yeni abidənin hündürlüyü 10 metrdir. Ümumi ərazisi 3 hektar olan bu istirahət məkanında iki fəvvarə quraşdırılıb, müasir işıq dirəkləri və oturacaqlar qoyulub, yaşıllıq zolağı salınıb. Parkın ətrafında yerləşən bütün binalar təmir edilib.
Azərbaycan prezidenti Cəlilabadda “Fidan” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan prezidenti binada yaradılan şəraitlə tanış olub. Körpələr evi-uşaq bağçasında Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət guşələr var.
İlham Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Dövlət başçısı tibb ocağının rəmzi açılışını bildirən lenti kəsib. Səhiyyə naziri Oqtay Şirəliyev xəstəxanada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib. Xəstəxana ərazisində əsas binadan əlavə, yoluxucu xəstəliklər üçün ikimərtəbəli infeksion şöbə tikilib. Həyətdə geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları yaradılıb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının inşasına Prezident İlham Əliyevin 2012-ci ildə imzaladığı sərəncama əsasən başlanılıb. Səhiyyə Nazirliyinin sifarişi ilə inşa edilən bina ən müasir tələblər səviyyəsində tikilib. Xəstəxananın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi isə 7381 kvadratmetrdir. Üç mərtəbədən ibarət binada ən müasir tibbi avadanlıq quraşdırılıb. Xəstəxanada laboratoriya, poliklinika şöbələri, rentgen, USM, əməliyyat otaqları, reanimasiya-anesteziologiya şöbəsi, mama-ginekoloji, uşaq xəstəlikləri şöbələri və inzibati otaqlar var. Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı tibb işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev, həmçinin Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun açılışında iştirak edib. Yol 25 yaşayış məntəqəsini birləşdirir. Bu yolun istifadəyə verilməsi 50 mindən çox əhaliyə müasir səviyyəli nəqliyyat infrastrukturundan yararlanmağa imkan verəcək.
banner

Oxşar Xəbərlər