• şənbə, 20 Aprel, 19:41
  • Baku Bakı 24°C

Dövlət başçısı: “Azərbaycanda qazlaşdırma 92 faizə çatıb”

17.04.17 15:10 1199
Dövlət başçısı: “Azərbaycanda qazlaşdırma 92 faizə çatıb”
"Azərbaycanda qazlaşdırma 92 faizə çatıb. Xatırlayıram, prezident kimi bölgələrə ilk səfərlərimdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən biri də qazlaşdırma ilə bağlı idi. O vaxt nəinki kəndlərdə, hətta rayon mərkəzlərində təbii qaz yox idi. Bakı şəhəri 100 faiz təbii qazla təmin edilmirdi. Biz bu məsələni də demək olar ki, həll etdik”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentiİlham Əliyevqeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.
Dövlət başçısı qeyd edib ki, qazlaşdırmanı 92 faizə çatdırmaq hər bir ölkə üçün böyük nailiyyətdir: "Ancaq biz bununla kifayətlənmirik. Növbəti illərdə daha da yüksək faizə çatacağıq”.
Yol infrastrukturuna gəldikdə isə prezident bildirib ki, birinci proqram qəbul olunandan sonra 11 min kilometrdən çox uzunluğu olan yollar salınıb. "Bütün qonşu ölkələrlə bizi birləşdirən yollar ya istismara verilib, ya da ki, artıq buna yaxındır. Kənd yollarının salınması geniş vüsət alıb. Dünən Yevlax rayonunda iki yol layihəsini istismara verdik. Demək olar ki, Yevlax rayonunda əsas kənd yolları artıq normal vəziyyətdədir. Bu il yüzlərlə kəndi birləşdirən yeni yol layihələri icra ediləcək. Bu, həm sosial, həm də iqtisadi məsələdir. Çünki bu, həm insanlara rahatlıq verir, eyni zamanda, məhsulu bazarlara vaxtında çatdırmaq üçün yolların böyük əhəmiyyəti var. Həmçinin yol olmayan yerlərə investisiya da gəlmir və inkişaf da olmur. Bax, proqramın əsas istiqamətləri bu idi”, - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər