• cümə axşamı, 28 mart, 20:22
  • Baku Bakı 13°C

Dövlət başçısı: "Azərbaycan Avrasiyanın önəmli nəqliyyat mərkəzinə çevriləcək"

19.03.18 14:07 482
Dövlət başçısı: "Azərbaycan Avrasiyanın önəmli nəqliyyat mərkəzinə çevriləcək"
"Azərbaycan Novruzu gözəl nəticələrlə qarşılayır. Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır".
APA-nın məlumatına görə, bunu prezidentİlham ƏliyevBakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində çıxşında deyib.
Dövlət başçısı bildirib ki, ölkədə daxili vəziyyət sabitdir: "Bu sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə bağlı görülən işlər, aparılan islahatlar öz gözəl nəticələrini verməkdədir. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı toqquşmalar baş verir, müharibələr alovlanır, yeni risklər yaranır. Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik".
Prezidentİlham Əliyevqeyd edib ki, Azərbaycanın beynəlxalq əlaqələri genişlənir: "Bu gün Azərbaycan dünya miqyasında çox yüksək reputasiyaya malik olan ölkədir, bizim təşəbbüslərimiz regional əməkdaşlığa təkan verir. Bir neçə gün bundan əvvəl VI Qlobal Bakı Forumu keçirilib. Forumda 50-dən çox ölkədən 50-yə yaxın fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısı iştirak etmişdir. Deyə bilərəm ki, Qlobal Bakı Forumu dünyada keçirilən ən mötəbər forumların arasında qısa müddət ərzində özünəlayiq yer tuta bilib. Bu gün Bakı Forumunda müzakirə olunan məsələlər hesab edirəm ki, dünya üçün çox əhəmiyyətlidir. Gələn ay Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçiriləcək. Bu da qlobal, mötəbər beynəlxalq tədbirdir. Bu tədbirin Azərbaycanda keçirilməsi Qoşulmama Hərəkatı və təşkilata üzv ölkələr tərəfindən bizə verilən növbəti dəstəyin təzahürüdür".
Dövlət başçısı Azərbaycanın regional əməkdaşlıq məsələlərində bir çox halda təşəbbüskar kimi çıxış etdiyini vurğulayıb.
"Bir neçə gün bundan əvvəl tarixdə ilk dəfə olaraq Bakıda Azərbaycan, İran, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin birinci görüşü keçirilib. Hesab edirəm ki, bu, tarixi hadisədir, tarixi görüşdür. Bundan əvvəlki dövrlərdə yenə də bizim təşəbbüsümüzlə bir neçə regional format yaranıb və uğurla fəaliyyət göstərir. Azərbaycan-İran-Gürcüstan, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya üçtərəfli və nəhayət Azərbaycan-İran-Gürcüstan-Türkiyə dördtərəfli formatlar yaranıb.
Qeyd etməliyəm ki, bütün bu çoxtərəfli formatların təşəbbüskarı Azərbaycan olub. Bu, bölgədə sabitliyi möhkəmləndirir, əməkdaşlığı gücləndirir və bu formatlarda iştirak edən ölkələrin iqtisadi maraqlarını təmin edir. Müzakirə olunan məsələlər siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələri əhatə edir. Bildiyiniz kimi, bizim təşəbbüsümüzlə regionda çox böyük nəqliyyat layihələri icra edilir. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıb. Keçən ilBakı-Tbilisi-Qarsdəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Yaxın gələcəkdə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tam gücü ilə işləməsi nəticəsində Azərbaycan ərazisindən keçən yüklərin həcmi bir neçə dəfə artacaq. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq. Azərbaycan ərazisində bu marşrutla bağlı bütün işlər görülüb. Eyni zamanda, Azərbaycan bu marşrutun tam həyata keçirilməsi üçün əlavə tədbirlər görəcək. Həmçinin bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün bizə imkan yaratdı və Bakıda dörd ölkənin xarici işlər nazirlərinin görüşündə, eyni zamanda, Cənub-Qərb nəqliyyat marşrutu müzakirə edildi. İlk dəfə olaraq, yenə də bizim təşəbbüsümüzlə. Beləliklə, baxmayaraq ki, Azərbaycanın açıq dənizlərə çıxışı yoxdur, biz Avrasiyanın önəmli nəqliyyat mərkəzinə çevriləcəyik və bu istiqamətdə artıq gözəl nəticələr var.
Bir daha demək istəyirəm ki, regional əməkdaşlıq sabitliyi möhkəmləndirir, əməkdaşlığı gücləndirir. Biz bu regionda yaşayırıq, ona görə əlbəttə ki, regional dövlətlərlə bizim uğurlu əməkdaşlığımız davam edəcək", - deyə dövlət başçısı qeyd edib.
banner

Oxşar Xəbərlər