Dövlət Bahçalı Ərdoğanı təbrik edib
Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçalı dövlət başçısıRəcəb Tayyib Ərdoğana zəng edib.
APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, Dövlət Bahçalı prezidentRəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib.