AZE | RUS | ENG |


Dövlət Agentliyi: Peşə təhsilində iş yerində çalışma və öyrənmə əsas götürüləcək

Dövlət Agentliyi: Peşə təhsilində iş yerində çalışma və öyrənmə əsas götürüləcək
"Bu gün təhsildə müasir çağırışlardan biri ənənəvi masa arxasında öyrənməkdən faktiki iş yerində öyrənməyə keçid məsələsidir. Bu təcrübə bütün təhsil pillələrində olduğu kimi peşə təhsilində də tətbiq ediləcək”.
 
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev "Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində məzunlara sertifikatların verilməsi mərasimində çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, inkişaf etmiş peşə təhsili sistemi olan ölkələrdə iş yerində təcrübə, öyrənmə daha üstün sayılır. F. Mustafayev bildirib ki, Azərbaycanda da peşə təhsilinin bütün sahələrində iş yerində çalışma, öyrənmə əsas götürüləcək. Agentlik direktoru qeyd edib ki, peşə təhsilində irəliyə doğru addım atmaq üçün işəgötürənlərlə əməkdaşlığın qurulması mühüm məsələdir: "Son 2 ildə Azərbaycanda peşə təhsili sahəsində mühüm işlər görülüb. Hazırda Avropa İttifaqının peşə təhsili təliminə dəstək layihəsinin icrası ilə bağlı işlər aparılır. İnanırıq ki, bu layihə çərçivəsində peşə təhsilinin inkişafında xeyli irəliləyişlər olacaq”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001