• cümə, 29 Mart, 13:11
  • Baku Bakı 14°C

Dövlət Agentliyi: Peşə təhsilində iş yerində çalışma və öyrənmə əsas götürüləcək

19.06.17 14:00 1008
Dövlət Agentliyi: Peşə təhsilində iş yerində çalışma və öyrənmə əsas götürüləcək
"Bu gün təhsildə müasir çağırışlardan biri ənənəvi masa arxasında öyrənməkdən faktiki iş yerində öyrənməyə keçid məsələsidir. Bu təcrübə bütün təhsil pillələrində olduğu kimi peşə təhsilində də tətbiq ediləcək”.
APA-nın xəbərinə görə, bunuTəhsil Nazirliyiyanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev "Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində məzunlara sertifikatların verilməsi mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, inkişaf etmiş peşə təhsili sistemi olan ölkələrdə iş yerində təcrübə, öyrənmə daha üstün sayılır. F. Mustafayev bildirib ki, Azərbaycanda da peşə təhsilinin bütün sahələrində iş yerində çalışma, öyrənmə əsas götürüləcək. Agentlik direktoru qeyd edib ki, peşə təhsilində irəliyə doğru addım atmaq üçün işəgötürənlərlə əməkdaşlığın qurulması mühüm məsələdir: "Son 2 ildə Azərbaycanda peşə təhsili sahəsində mühüm işlər görülüb. Hazırda Avropa İttifaqının peşə təhsili təliminə dəstək layihəsinin icrası ilə bağlı işlər aparılır. İnanırıq ki, bu layihə çərçivəsində peşə təhsilinin inkişafında xeyli irəliləyişlər olacaq”.
banner

Oxşar Xəbərlər