Düşmən təxribatlarının arxasında dayanan məkr
Ekspertlərin fikrincə, Ermənistan
təxribatları ilə Azərbaycanın cavab reaksiyasına nail olub, bunu ölkəmizin
aqresiyası kimi təqdim etmək istəyir
E.Mirbəşir qeyd etdi ki, Ermənistanda olduqca gərgin sosial-iqtisadi
vəziyyət var və Azərbaycana qarşı təxribatların arxasında dayanan məqamlardan
biri də budur: "İşğalçı ölkədə siyasi münasibətlər olduqca ziddiyyətlidir.
Populist Nikol Paşinyanın elektoratı getdikcə seyrəlməkdədir. Nəzərə almaq
lazımdır ki, bu gün Paşinyana qarşı müxalif cinahın əhəmiyyətli dərəcədə gücləndiyi
müşahidə olunur. Belə olan halda Paşinyan özünün hakimiyyətini qorumaq üçün ən
uyğun yollardan biri kimi Azərbaycana qarşı təxribatlar törədərək cəmiyyətin
diqqətini mövcud sosial-iqtisadi vəziyyətdən və daxili siyasi çəkişmələrdən kənara
yönəltməyə çalışır. Bu baxımdan hesab edirəm ki, ölkəmizə qarşı siyasətində həmişə
terror elementlərinə istinad edən Ermənistanın təxribatları intensiv xarakter
alıbdır.
Hərbi ekspert, ehtiyatda
olan polkovnik Şair Ramaldanov bildirdi ki, Tovuz hadisələrindən əvvəl də,
sonra da Ermənistan tərəfinin diversiya-təxribat qruplarının fəaliyyəti davamlı
xarakter alıb: "Hələ Tovuz istiqamətindən sonra bir-iki istiqamətdə də Ermənistan
ordusunun təxribatları müşahidə olunub və bu cəhdlərin qarşısı qətiyyətlə
alınıb. Bilirik ki, düşmən atəşkəs rejimini hər gün pozur. Lakin Ermənistan
ordusunun bölmələrinə layiqli cavab verilir. Bu gün təmas xəttində olan bütün
bölmələrimiz ən müasir müşahidə vasitələri ilə təchiz edilib. Həmin vasitələr
Azərbaycan Ordusunun bölmələrinə Ermənistan silahlı qüvvələrinin bütün hərəkətlərini
müşahidə etməyə və qabaqlayıcı tədbirlər görərək düşmənin aktivliyinin
qarşısını əvvəlcədən almağa imkan verir.
Bu, bir daha onu göstərir ki, Azərbaycan Ordusunun bütün istiqamətlərdə,
o cümlədən təmas xəttində yerləşən bölmələri ayıq-sayıqlığını itirmir, əməliyyat
şəraiti bölmələrimizin nəzarəti altındadır”.
BƏXTİYAR
Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat cəhdinin
qarşısı alındı. Lakin bundan sonra ermənilərin həm sərhəd, həm də təmas xəttində
təxribatları intensiv xarakter alıb. Maraqlıdır ki, Tovuz hadisələri zamanı Azərbaycan
Ordusundan layiqli cavabını alan ermənilər yenə də sakit oturmaq niyyətində
deyil. Bəs görəsən, ermənilərin diversiya-təxribat cəhdlərinin artması nə ilə
bağlıdır. Bu fəallıq haradan qaynaqlanır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşirbildirdi ki, son dövrlərdə işğalçı Ermənistanın dövlətimizə qarşı təxribat
xarakterli hərəkətləri xüsusilə artmaqdadır: "Ona görə "xüsusi” deyirəm ki,
işğalçı Ermənistan davamlı olaraq Azərbaycana qarşı təxribatlar törədir. Son
dövrlərdə artan təxribatları bir neçə amillə izah etmək olar. Düşünürəm ki, hər
şeydən öncə Ermənistan Azərbaycanın getdikcə güclənməkdə olan beynəlxalq
nüfuzundan ciddi narahatlıq keçirir. Azərbaycanın həyata keçirdiyi hücum
diplomatiyası artıq öz səmərəsini nümayiş etdirməkdədir. Ölkəmizin münaqişə vəziyyətində
ədalətli mövqeyi intensiv olaraq qəbul olunmaqdadır, dəstəklənməkdədir. Bütün
beynəlxalq platformalarda sərgilənən əsas mövqe ondan ibarətdir ki, Ermənistan-Azərbaycan
münaqişəsinin tənzimlənməsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində
mümkündür. Yəni bir sözlə, münaqişə vəziyyətində Azərbaycanın siyasi
potensialının güclənməsi işğalçı Ermənistanı ciddi narahat edir. Çünki bu,
uyğun olaraq danışıqlar masası arxasında da Azərbaycanın siyasi imkanlarını
genişləndirmiş olur. Düşünürəm ki, işğalçı Ermənistan təxribatlar törədərək Azərbaycanın
cavab reaksiyasına nail olub və bunu ölkəmizin aqresiyası kimi beynəlxalq
ictimaiyyətə təqdim etmək istəyir. Lakin Ermənistan bu istiqamətdə heç bir uğur
qazana bilmir. Bu gün ölkəmiz beynəlxalq informasiya məkanında da kifayət qədər
fəaldır. Ermənilərin təxribatları ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə
daha intensiv və əsaslandırılmış şəkildə çatdırır. Müvafiq olaraq, Ermənistan
Azərbaycana qarşı həyata keçirdiyi hər bir təxribatın ağrısını-acısını özü
yaşamalı olur. Bir tərəfdən Azərbaycanın qətiyyətli cavab reaksiyası ilə üzləşir,
ciddi itkilər verir, digər tərəfdən də formalaşmış işğalçı, vandal obrazını
daha qabarıq şəkildə göstərmiş olur”.
Ümumilikdə isə onu deyə bilərəm ki, erməni xalqı vandaldır və onlar
heç bir qonşusu ilə dinc, yanaşı yaşamaq istəyində və iqtidarında deyil. Yeri gəlmişkən
vurğulayım ki, 1992-ci il avqust ayının 28-də erməni vandalları Laçın
rayonundan didərgin düşərək Goranboy rayonunun Ballıqaya kəndinə pənah gətirmiş
soydaşlarımıza qarşı cinayət törədiblər və bu faciəni də xalqımıza yaşadıblar.
Bu faciədə dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Bunu xatırlatmaqla
onu qeyd etmək istəyirəm ki, ermənilər Azərbaycan xalqının düşmənidir və biz də
hər zaman onlara qarşı barışmaz olmalıyıq”.
Avqustun 23-də Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat
qrupu Goranboy istiqamətində təxribat törətməyə cəhd göstərsə də, erməni
diversiya qrupunun komandiri əsir götürüldü.
Ş.Ramaldanov vurğuladı ki, erməni tərəfi bu faktı gizlətmək üçün həmişə
olduğu kimi, bir müddətdən sonra həlak olanları qeyri-döyüş şəraitində itkilər
kimi qələmə verdi: "Bu, birinci hal deyil. Təbii ki, bu versiya itkiləri müəyyən
dərəcədə cəmiyyətdən gizlətmək üçün ortaya atılacaq. Hər halda, kəşfiyyat
qrupunun darmadağın edilməsi ilə ermənilər bir daha əmin oldular ki, Azərbaycan
Ordusunun hərbçiləri cəbhənin bütün istiqamətlərində ayıq-sayıqlığı itirmirlər
və düşmənin istənilən təxribatının qarşısını almağa qadirdirlər”.