• cümə, 19 Aprel, 00:06
  • Baku Bakı 18°C

Düşmən təxribatına qarşı müvafiq tədbirlər görüləcək

23.04.18 11:55 617
Düşmən təxribatına qarşı müvafiq tədbirlər görüləcək
Azərbaycan Müdafiə NazirliyiErmənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdəguyaAzərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdəguyaAzərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır: "Nümayiş etdirilən kadrlarAzərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanıuzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib.
Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir.
Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”.
banner

Oxşar Xəbərlər