• cümə, 29 Mart, 14:44
  • Baku Bakı 14°C

Düşmən susduruldu - Cəbhədən xəbər

06.08.14 09:03 1079
Düşmən susduruldu - Cəbhədən xəbər
Erməni Silahlı Qüvvələrinin birləşmələri təxminən gecə saat 00.00-dan 01.30-dək avtomat və pulemyotlardan istifadə edərək Tovuz rayonunun Əlibəyli kəndini intensiv atəşə tutub.
Düşmənin bu istiqamətdə atdığı güllələr hətta qonşu Yuxarı Öysüzlü kəndinə də çatıb. Məlumata görə, şiddətli atəş nəticəsində Əlibəyli kəndində bir neçə evlərin divarları və damları zədələnib.
APA-nın bölgə müxbirinin məlumatına görə, düşmən yuxarıda qeyd olunan vaxt intervalında həmçinin Qazax istiqamətində də atəşkəs rejimini pozub. Məlumata görə, Ermənistan ordusu Qazaxın Cəfərli, Bala Cəfərli və digər sərhəd kəndlərini intensiv atəşə tutub. Qazax Rayon İH-nin Cəfərli və Bala Cəfərli kənd icra nümayəndəsi Barat Vəliyevin APA-ya verdiyi xəbərə görə, ermənilərin şiddətli atəşinə daha çox Bala Cəfərli kəndi məruz qalıb. Düşmənin bu istiqamətdə iriçaplı silahlardan da istifadə etdiyi bildirilir. Kənddə bir neçə evin divarları və damları zədələnib.
Düşmən Azərbaycan ordusunun cavab atəşi ilə cəbhənin bütün istiqamətlərində susdurulub, itkilər barədə məlumat yoxdur.
Hazırda cəbhənin bu Qazax və Tovuz istiqamətində nisbi sakitlik müşahidə edilib.
Cəbhənin Ağdam-Ağdərə istiqamətində də nisbi sakitlik yaranıb./apa/
banner

Oxşar Xəbərlər