AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Düşənbədə MDB vergi orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının iclası keçirilib

Düşənbədə MDB vergi orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının iclası keçirilib

Təfsilat
25 Avqust 2019, 13:00 3561
Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) vergi (maliyyə) orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının iclası keçirilib.
 
AZƏRTAC xəbər verir ki, iclasda Tacikistandan başqa Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Özbəkistan və Ermənistanın nümayəndələri iştirak edib.
 
Tədbirdə MDB ölkələrində iqtisadi təhlükəsizliyin təmin olunması, gələcəkdə iqtisadi inteqrasiya sahəsində əlaqələrin möhkəmləndirilməsi və təkmilləşdirilməsi, maliyyə-kredit sahələrindəki cinayətkarlıqla mübarizə və digər məsələlər müzakirə olunub.
 
Nümayəndələr MDB ölkələrində bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində də fikir mübadiləsi aparıblar.