• cümə axşamı, 28 mart, 13:31
  • Baku Bakı 16°C

Durğun və rütubətli hava meteohəssas insanlarda narahatlıq yaradacaq

21.08.17 12:37 961
Durğun və rütubətli hava meteohəssas insanlarda narahatlıq yaradacaq
Avqustun 22-də Bakı və Abşeron yarımadasındahavayağmursuz keçəcək.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 23-25° isti, gündüz 34-36° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70%, gündüz 35-45% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan,
Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 24-dək Abşeron yarımadasında gözlənilən sabithavaşəraiti müsbət amil olsa da, bəzi saatlarda durğun və nisbətən rütubətlihavaşəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarındahavayağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24°, gündüz 34-39° isti, dağlarda gecə 13-18°, gündüz 24-29° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər