• şənbə, 20 Aprel, 16:54
  • Baku Bakı 23°C

Dünyaya mesaj vermək üçün boykot etdi

16.12.19 12:36 509
Dünyaya mesaj vermək üçün boykot etdi
"İnter”in baş məşqçisi Antonio Konte "Fiorentina” ilə qarşılaşmadan əvvəl keçiriləcək mətbuat konfransını boykot etmişdi.
Kaspi.az xəbər verir ki, bu addımın "Corriere dello Sport” nəşrində dərc olunan məqaləyə görə atıldığı bildirmişdi. Konte bununla bağlı açıqlama verib:
"Hər kəsə ayrı-ayrılıqda yox, bütün dünyaya mesaj verməyin vaxtıdır. Qəzet həddindən artıq irəli gedib. Onlar əvvəlcə rasist şəkil dərc edirlər, sonra isə Mixayloviçin məktubunu yayırlar.
Özü də onlar bu məktubu Mixayloviçin xəstəliyi ilə bağlı verdiyi açıqlamadan bir gün əvvəl yayırlar. Baxmayaraq ki, o, bunu etməməyi xahiş edir.
Hansısa çərçivə olmalıdır. Bu, mənim yox, "İnter”in qərarıdır. Əgər kiminsə əlində qələm varsa, bu o demək deyil ki, istədiyini yazmalıdır”.
banner

Oxşar Xəbərlər