• çərşənbə, 24 Aprel, 11:59
  • Baku Bakı 13°C

Dünyanın nüfuzlu bankının rəhbəri Azərbaycan haqda

04.05.15 08:10 940
Dünyanın nüfuzlu bankının rəhbəri Azərbaycan haqda
AİB prezidenti: “Son 15 ildə Azərbaycanın adam başına düşən real gəliri 4 dəfə artıb, yoxsulluq kəskin şəkildə azalıb”
Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan 15 ildir ki, inkişaf tərəfdaşıdır.
“APA-Economics”in xəbərinə görə, bunu AİB prezidenti Takehiko Nakao bankın Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı zamanı “Asiya və Sakit okeanı ölkələrində davamlı inkişafın miqyasının genişləndirilməsi: daha yaxşı, güclü, və çevik Asiya İnkişaf Bankı” mövzusunda keçirilən seminarda deyib.
“Bu 15 ildə Azərbaycanın adam başına düşən real gəliri 4 dəfə artıb və yoxsulluq kəskin şəkildə azalıb. Bu, ölkənin davamlı inkişafa töhfəsinin aydın təzahürüdür”, - deyə T. Nakao qeyd edib.
banner

Oxşar Xəbərlər