• cümə, 19 Aprel, 22:42
  • Baku Bakı 24°C

Dünyanın ən yaxşı muzeylərinin reytinqi açıqlanıb

13.10.18 16:30 568
Dünyanın ən yaxşı muzeylərinin reytinqi açıqlanıb
Turistlər arasında populyar olan "TripAdvisor” saytının istifadəçilərinin versiyasına əsasən dünyanın ən yaxşı muzeylərinin siyahısı dərc olunub.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, 1850-1910-cu illərdə Avropanın rəsm və heykəltəraşlıq üzrə ən böyük külliyyatının toplandığı Parisin Orse təsviri sənət muzeyi reytinqə başçılıq edir.
Reytinqdə ikinci və üçüncü yerlərdə Nyu-Yorkda yerləşən 11 sentyabr Milli Memorial muzeyi (2001-ci ildə hücuma məruz qalan Dünya Ticarət Mərkəzinin qüllələrinin yerində tikilən kompleks) və Metropoliten-muzey qərarlaşıb.
Dünyanın 25 muzeyinin yer aldığı siyahıya Sankt-Peterburqdakı Dövlət Ermitajı da daxil olub.
banner

Oxşar Xəbərlər