• çərşənbə axşamı, 19 mart, 10:18
  • Baku Bakı 8°C

Dünyanın ən xoşbəxt ölkələri - Reytinq

09.09.13 12:15 1446
Dünyanın ən xoşbəxt ölkələri - Reytinq
APA-nın xəbərinə görə, “World Happiness Report” reytinqi BMT-nin sorğusu əsasında ABŞ-ın Kolumbiya Universiteti tərəfindən hazırlanıb.
Ən xoşbəxt ölkələrin sıralamasında ilk üçlükdə Danimarka, Norveç və Niderland yer alıb. Sonrakı yerləri İsveç və Kanada tutur.
Ermənistan 128-ci, Gürcüstan 134-cü olub.
Ən bədbəxt ölkələr Mərkəzi Afrikanın Syerra-Leone, Mərkəzi Afrika Respublikası, Benin və Toqo kimi ölkələri sayılıb.
Qeyd edək ki reytinqin tərtibatı zamanı Ümumi Daxili Məhsulun əhalinin payına düşən həcmi, əhalinin sosial müdafiəsi sistemi, sağlam həyatın müddəti, korrupsiya, həyat boyu azad seçim imkanı və digər göstəricilər nəzərə alınır.
Bu cür reytinq BMT-nin təşəbbüsü ilə ikinci dəfə tərtib olunub.
banner

Oxşar Xəbərlər