• cümə, 29 Mart, 13:02
  • Baku Bakı 14°C

Dünyanın ən varlı klubu nə “Real”dır, nə də “Barsa”

05.02.19 15:30 638
Dünyanın ən varlı klubu nə “Real”dır,  nə də “Barsa”
Beynəlxalq audit kompaniyası Soccerex Football Finance dünyanın ən varlı klublarının siyahısını tərtib edib.
Kaspi.az xəbər verir ki, audit kompaniyası 100 klubun göstəricilərini araşdırıb. Araşdırma bu kriteriyalar üzrə aparılıb: ümumi aktivlərin dəyəri, maddi aktivlər, hesabda olan vəsait, sərmayəçi və xalis borc.
Araşdırmaların nəticələrinə görə, "Real” ilk "üçlük”də yer ala bilməyib. Birinci yeri 4.21 əmsalla "Mançester Siti” tutub. PSJ ikinci pillədə qərarlaşıb – 3.84. "Bavariya” 2.67 əmsalla 3-cü yerdədir.
İlk on sırada bu komandalar var: "Tottenhem” (2.66), "Arsenal” (2.43), "Real” (2.38), "Barselona” (2.05), "Mançester Yunayted” (1.99), "Yuventus” (1.96), "Çelsi” (1.89)
banner

Oxşar Xəbərlər