• cümə, 26 Aprel, 15:02
  • Baku Bakı 23°C

Dünyanın ən uğurlu xeyriyyəçiləri

07.08.15 09:11 1918
Dünyanın ən uğurlu xeyriyyəçiləri
2013-cü ildə Təhsildə İnkişaf naminə Beynəlxalq Birliyin hesabatında dünyanın 65 faizinin hələ də maddi çətinliklər səbəbiylə qiraətdən və təhsildən uzaq qaldığı göstərilmişdi. “Oxumaq əsas şərtdir” şüarı ilə dünyanın hər yerinə kitab sevinci daşıyan qeyri-kommersiya təşkilatı hər il ABŞ-da qeyd olunan “Milli qiraət ayı” mərasimləri çərçivəsində kitablarını bağışlayaraq, xeyriyyəçilik etmək istəyənləri düzgün təşkilatlara istiqamətləndirir və bu məqsədlə maarifləndirici broşürlər hazırlayır. Məlum olduğu kimi, ABŞ-da hələ də azyaşlıların 23-si kasıb yaşayır və kitab almaqdan məhrumdur. Bu məqsədlə xalq kitabxanalarının sayını durmadan artıran və kitab xeyriyyə təşkilatlarının işinə hər cür şərait yaradan ABŞ hökuməti beynəlxalq xeyriyyə təşkilatlarının daha çox tanıdılmasında maraqlıdır. Əgər siz də kitablarınızı bağışlayaraq, dünyanın başqa ölkələrində oxumaq imkanı olmayan azyaşlıları sevindirmək istəyir, ancaq bunun yollarını bilmirsinizsə, “huffingtonpost”un təqdim etdiyi siyahı ilə tanış olmaq işinizə yaraya bilər.
1. “Milk and Bookies” - www.milkandbookies.org
2. “Little Free Library” – www.littlefreelibrary.org
3. “United Through Reading” - www.unitedthroughreading.org
4. “Book Aid International” - www.bookaid.org
5. “Pajama Program” - www.pajamaprogram.org
6. “First Book” - www.firstbook.org
7. “Reach Out and Read” - www.reachoutandread.org
8. “Kids Need to Read” - www.kidsneedtoread.org
9. “Project Night Night” - www.projectnightnight.org
10. “Room to Read” - www.projectnightnight.org
Siyahıda göstərilən bütün təşkilatlar beynəlxalq hüquqlu olub, hər biri hər il minimum bir milyon kitabın daşınması ilə məşğul olur. Bu təşkilatlar vasitəsilə Cənubi Afrika ölkələri, Şri-Lanka, Hindistan, Nepal, Banqladeş, Kamboca, Vyetnam, Tanzaniya, Fələstin və s. daxil olmaqla bütün ölkələrə kitab və müxtəlif tədris vəsaitləri göndərə bilərsiniz.
banner

Oxşar Xəbərlər