• şənbə, 20 Aprel, 16:33
  • Baku Bakı 23°C

“Dünyanın ən sürətli qadını” vəfat edib

08.11.18 14:00 520
“Dünyanın ən sürətli qadını” vəfat edib
"Dünyanın ən sürətli qadını” adlandırılan amerikalı kaskadyor Kitti Onil 72 yaşında vəfat edib.
AZƏRTAC"Washington Post” qəzetinə istinadla xəbər verir ki, Onil noyabrın 2-də Kaliforniya ştatının Yurika şəhərində pnevmoniya xəstəliyindən həyatını itirib.
O, Hollivudun "Stunts Unlimited” kaskadyor studiyasına daxil olan ilk qadındır. Kitti Onil raket mühərrikli avtomobilin sükanı arxasında saatda 600 mil (saatda təxminən 966 kilometr) sürət yığaraq "dünyanın ən sürətli qadını” adına layiq görülmüşdü.
Kaskadyor qadın ən məşhur tryukunu "Wonder Woman” ("Möcüzə qadın”) çoxseriyalı bədii filmi üçün ifa edib: Los-Anceles şəhərindəki "Hilton” otelinin damından tullanıb və 127 fut (təxminən 39 metr) hündürlükdən hava yastığının üstünə düşüb.
banner

Oxşar Xəbərlər