• cümə, 29 Mart, 18:05
  • Baku Bakı 14°C

Dünyanın ən kök adamı öldü

27.05.14 09:25 1246
Dünyanın ən kök adamı öldü
Həkimlərin sözlərinə görə, onun ölümünə səbəb qaraciyər çatışmazlığı olub.
Trend İTAR-TASS-a istinadən xəbər verir ki, mayın əvvəlində Uribe Meksikanın Monterrey şəhərində ürək aritmiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, xəstəxanaya qaldırıcı kranın köməyi ilə çatdırılıb.
Uribe çəkisi 590 kiloqramdan çox olduğu zaman dünyada məşhurlaşıb. Sonralar dietoloqların köməyi ilə o, 320 kiloqrama qədər arıqlaya bilib. Uribe ən kök adam titulunu 2009-cu ildə itirib. O zaman britaniyalı Pol Neyson ən ağır çəkiyə malik adam kimi tanınıb.
Ağır çəkisi səbəbindən 2001-ci ildən yatağa düşən Uribe buna baxmayaraq, 2008-ci ilin oktyabrında evlənib. Bəyi nikah mərasiminə aparmaq üçün qohumları onun evinin divarlarını müvəqqəti sökməli olublar.
Uribe özü etiraf edib ki, 20 yaşı tamam olandan sonra sürətlə kökəlməyə başlayıb. 1987-ci ildə o, qeyri-leqal şəkildə ABŞ-a gələrək kompüterlərin təmiri ilə məşğul olub: "Mən evdən ofisə və geriyə maşınla gedirdim və bütün günü yeyirdim. Bu zaman idmanla qətiyyən məşğul olmurdum". Sonralar o, Meksikaya qayıdıb.
Qeyd edək ki, öldüyü vaxt Uribenin çəkisi 394 kq olub.
banner

Oxşar Xəbərlər