AZE | RUS | ENG |

Dünyanın ən böyük Frida Kahlo toplusu elektron formatda

Dünyanın ən böyük Frida Kahlo toplusu elektron formatda
"Google Arts & Culture” tərəfindən reallaşdırılan "Fridanın üzləri” ("Faces of Frida”) kolleksiyası qəhrəmanın fərqli tərəflərinin canlandırıldığı tabloları elektron dünyanın istifadəçilərinə təqdim edib. Şəxsi komputerlərlə yanaşı, "Google Arts & Culture” proqram tətbiqi vasitəsilə mobil telefonlardan da kolleksiya ilə tanış ola bilərsiniz. Proqram təminatının açıqlamasındakı məlumata görə, kolleksiya rəssamın əl işləri, yarımçıq qalmış tabloları, şəxsi albomları, geyimləri, məktubları və günlüklərini özündə birləşdirir. Məhz bu baxımdan "Fridanın üzləri” proyekti çərçivəsində hazırlanmış bu kolleksiya rəssamın bütün həyatını özündə cəm edən ən iri topludur.
Qeyd edək ki, bu kolleksiyanın hazırlanmasına 8 il vaxt sərf edilib. Kolleksiya üzərində 7 ölkədəki 33 muzeyin xüsusi əməkdaşları çalışıb. Proyekt çərçivəsində Kahlonun 800-dən çox naməlum əsəri ortaya çıxarılıb. Muzeylərdəki Frida Kahlo guşələri ilə yanaşı, "Google” şirkətinə məxsus "Art Camera”ların köməyi ilə rəssamın son nəfəsini verdiyi "Mavi Ev” də daxil olmaqla, yaşadığı 5 mənzilin iç və çöl görüntüləri kolleksiyaya daxil edilib.
Kolleksiya haqqında ətraflı məlumatı "https://artsandculture.google.com/project/frida-kahlo”  internet ünvanından əldə edə bilərsiniz. 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000