• cümə axşamı, 28 mart, 22:13
  • Baku Bakı 13°C

Dünyanın ən bahalı göyərçini 1 milyon 252 min avroya satılıb

18.03.19 12:45 471
Dünyanın ən bahalı göyərçini 1 milyon 252 min avroya satılıb
Belçikada keçirilən hərracda dünyanın ən bahalı göyərçini 1 milyon 252 min avroya satılıb.
AZƏRTACAnadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Armando adlı erkək göyərçin internet vasitəsi ilə keçirilən hərracda öz alıcısını tapıb.
Uzun məsafə üzrə yarışların çempionu olan 5 yaşlı poçt göyərçini çinli tərəfindən satın alınıb. Onun yeni sahibi dünyanın ən bahalı göyərçinini yarışa buraxmayacağını və ondan yalnız damazlıq məqsədilə istifadə edəcəyini bildirib.
Qeyd edək ki, 2017-ci ildə Belçikada keçirilən hərracda daha bir poçt göyərçini 400 min avroya satılmışdı.
banner

Oxşar Xəbərlər