• cümə, 26 Aprel, 23:13
  • Baku Bakı 22°C

Dünyanın ekologiya üçün ən təhlükəli şəhərlərinin adları açıqlanıb

09.06.18 17:30 591
Dünyanın ekologiya üçün ən təhlükəli şəhərlərinin adları açıqlanıb
AZƏRTAC"RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, yaşayış məntəqələrinin siyahısı Dünyada Karbon İzinin Şəbəkə Modeli (GGMCG) layihəsi tərəfindən təqdim edilib.
Reytinqi tərtib etmək üçün informasiyanı Norveç, İsveç, ABŞ və Yaponiya alimləri tərtib ediblər.
Bu siyahıda Seul ətraf mühiti ən çox çirkləndirən şəhər sayılıb. Onun ardınca Quançjou, Nyu-York, Honkonq gəlir. Liderlər "beşliyini” Los-Anceles tamamlayır.
Ekologiyanı çirkləndirən ilk on şəhər siyahısına adıçəkilən şəhərlərlə yanaşı, Şanxay, Sinqapur, Çikaqo, Tokio və Yokoqama aqlomerasiyası və Ər-Riyad daxil olub.
banner

Oxşar Xəbərlər