• cümə, 29 Mart, 17:28
  • Baku Bakı 14°C

Dünyanın aparıcı şirkətlərinin Azərbaycanla əməkdaşlığa can atması əlverişli biznes mühitinin yaradılmasının nəticəsidir

24.05.20 15:45 495
Dünyanın aparıcı şirkətlərinin Azərbaycanla əməkdaşlığa can atması əlverişli biznes mühitinin yaradılmasının nəticəsidir
Dünyanın aparıcı və böyük şirkətlərindən biri olan "Signify" kimi şirkətinin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizin nüfuzu, əlverişli biznes və sərmaye mühitinin yaradılması, həmçinin aparılan genişmiqyaslı islahatların nəticəsidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirb ki, şirkət 74 ölkədə fəaliyyət göstərir, 140 ölkəyə xidmət və məhsul satışı həyata keçirir:"Bu şirkət işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, həm də 10 "yaşıl" şirkətdən biridir. "Signify" şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və "Signify" rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Bu videokonfrans zamanı dövlət başçımız vurğulayıb ki, məqsədimiz müasir və yüksək texnologiyaların tətbiq olunduğu ölkə yaratmaqdır. Ölkə başçısının bir neçə gün öncə "CISCO" şirkətinin rəhbərliyi ilə videokonfransı zamanı da eyni məsələlər müzakirə olunub. Bundan əlavə, Prezident İlham Əliyev Davos İqtisadi Forumuna səfərləri zamanı da dünyanın aparıcı texnoloji şirkətlərin rəhbərləri ilə görüşlər keçirir və çalışır ki, Azərbaycan müasir texnologiyalar və innovasiyaların tətbiqi baxımından öndə gedən ölkə olsun.
Qeyd etmək istəyirəm ki, "Ağıllı şəhər" layihəsində "Signify" şirkətinin işıqlandırma sistemlərindən istifadə etməklə daha çox qənaət əldə etmək mümkündür. Bu texnologiyaları tətbiq etmək bizə çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa digər məqsədlər, həmçinin ixrac üçün qənaət etməyə və şəhər həyatını daha da yaxşılaşdırmağa imkan yaradacaq. Bakı, Sumqayıt və regionlarda yerləşən yaşayış məntəqlərində işıqlandırılma sistemlərinin müasirəlşdirilməsi və kənd təsərrüfatının elektronlaşdırılmasında bu şirkətin məhsullarından istifadə olunması imkanları daha da genişləndirir. Bundan sonra müasir texnologiyalardan istifadə sosial-iqtisadi inkişafımızda yeni mərhələ olacaq".
Azər Badamov əlavə edib ki, Azərbaycan yeni texnologiyalara və innovasiyalara açıqdır:"Ona görə də dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq etməklə biz öz gənc mütəxəssis potensialımızdan istifadə edərək yeni intellekt məhsulları ortaya çıxardırıq və nəticədə onları "Made in Azerbaycan" brendi altında ixrac etmək mərhələsindəyik. Postpandemiya dövründə hansı ölkələr daha çox yeni texnologiyalara önəm verirsə, o ölkələr inkişafda bir addım öndə olacaqlar".

banner

Oxşar Xəbərlər