AZE | RUS | ENG |

Dünyanın 500 ən nüfuzlu adamı seçildi

Dünyanın 500 ən nüfuzlu adamı seçildi
Siyahıda bir neçə azərbaycanlı da var.


Foreign Policy jurnalı dünyanın 500 ən nüfuzlu adamının adlarını açıqlayıb (http://www.foreignpolicy.com/articles/2013/04/29/the_500_most_powerful_people_in_the_world). "Turan"ın məlumatına görə, siyahıda Rusiyada və Güney Azərbaycanda yaşayan bir neçə azərbaycanlının da adı da var. Foreign Policy jurnalının rəsmi reytinq versiyası ilk dəfədir dərc edilir. Xatırladaq ki, bu ilin əvvəlində Eurasia Group şirkətinin prezidenti Yan Bremmer öz şəxsi bloqunda ən nüfuzlu şəxslərin versiyasını təqdim etmişdi. Birinci yer vakant olaraq qalırdı, ikinci yeri Putin tutmuşdu. Sonra Almaniya kansleri Angela Merkel, ABŞ Federal Ehtiyat Xidmətinin rəhbəri Ben Bernanke və ABŞ prezidenti Barak Obama gəlirdi. İndiki siyahı jurnalın ekspertləri tərəfindən müəyyən edilib. Siyahıya ABŞ, Rusiya və Çin rəhbərləri (Barak Obama, Vladimir Putin və Si Szinpin) başçılıq edirlər. Sonra Almaniya kansleri Angela Merkel, Çinin “Baydu” axrarış sisteminin rəhbəri Robin Li, Nyu Mark meri Maykl Blumberq, ABŞ Ticarət Palatasının rəhbəri Tomas Donahyu, Qətər əmiri Həməd bin Xəlifə əl Tani gəlir. Suriya prezidenti Bəşər Əsəd, İranın dini lideri Əli Xameneyi, Sudan prezidenti Ömər Həsən əl Bəşir, Şimali Koreya prezidenti Kim Çen In və İran İslam Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd əl Cəfəri “cəhənnəm bədheybətləri” kimi tanınıblar. Bundan əlavə, Meksika cinayətkar kartelinin iki rəhbəri - Visente Karilo Fuentes və Hoakin Quzman Loera, “Əl-Kaeda”nın İraq bölməsinin lideri Əbu Dua da bu “şərəfə” layiq görülüblər. İranın Nüvə Mərkəzinin elmi şöbəsinin lideri Möhsün Fəxrizadə Məhəbbədi, əfqan cinayətkar şəbəkəsinin lideri Cəlaluddin Xaqqani, Palistanın “Taliban” lideri Həkimulla Məsud, “Həməs” lideri Haled Maşal, rusiyalı mafioz Semyon Moqileviç də onlardan geri qalmır. Siyahıda ən çox amerikalı var - 142 nəfər. Qadınların sayı 50 nəfərdir. Siyahı hazırlanarkən redaksiya bütün mümkün nüfuz reytinqlərindən, o cümlədən Forbes, Times, Vanity Fair, Wall Street Journal, Global Finance və nəşrlərdən istifadə edib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311