• cümə, 19 Aprel, 12:25
  • Baku Bakı 25°C

Dünyada vaksinasiyaya başlayan ölkələrin sayı açıqlanıb

16.01.21 10:00 368
Dünyada vaksinasiyaya başlayan ölkələrin sayı açıqlanıb
Bu günə qədər 46 ölkədə koronavirus infeksiyası əleyhinə vaksinasiyaya başlanılıb.
Kaspi.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorunun köməkçisi Mariancela Simao brifinqdə məlumat verib.
"46 ölkədə peyvəndlərin tətbiqinə başlanılıb, onlardan 38-i yüksək gəlirli ölkələrdir”, - xanım Simao belə deyib.
Onun sözlərinə görə, gəliri az olan ölkələrdə də vəziyyəti düzəltmək və vaksinasiyaya başlamaq üçün COVAX mexanizmi hazırlanılıb: "Yanvar ayında deyil, ancaq ümid edirik ki, artıq fevralda yaxşı xəbərlərimiz olacaq”. (APA)
banner

Oxşar Xəbərlər