• şənbə, 20 Aprel, 00:22
  • Baku Bakı 15°C

Dünyada sutkada 181 mindən çox koronavirusa yoluxma faktı aşkar edilib

19.06.20 09:07 479
Dünyada sutkada 181 mindən çox koronavirusa yoluxma faktı aşkar edilib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş dünyada sutka ərzində yeni koronavirus ilə yoluxma halların sayı 8,24 milyonu keçərək 181 mindən çox artıb. Ölənlərin sayı 5 mindən çox artaraq 445 min nəfəri keçib
Trend-in məlumatına görə, bu barədə ÜST xəbər verib.
Dünyada 8 242 999 yoluxma və 445 535 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 181 232, ölənlərin sayı 5 245 nəfər artıb.
Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 4 015 386. Sutka ərzində bu göstərici 115 527 nəfər artıb. Avropada 2 471 792 yoluxma və 190 304 ölüm faktı aşkar edilib. 24 saat ərzində yoluxanların sayı 19 328, ölənlərin sayı 722 nəfər artdı.
Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Orada yoluxanların sayı 837 497 nəfərə çatıb və 18 575 ölüm faktı qeyd edilib. Sutka ərzində yoluxanların sayı 20 039 nəfər artıb, 518 nəfər ölüb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
banner

Oxşar Xəbərlər