• şənbə, 27 Aprel, 05:40
  • Baku Bakı 14°C

Dünyada sutkada 139 minə yaxın koronavirusa yoluxma faktı qeydə alınıb

21.06.20 10:00 491
Dünyada sutkada 139 minə yaxın koronavirusa yoluxma faktı qeydə alınıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənən koronavirusa yoluxma sayı dünyada sutkada 139 minə yaxın artaraq 8,52 milyonu keçib. Ölənlərin sayı 6 mindən çox artaraq 457 minə yaxınlaşıb.
Trend-in məlumatına görə, bu barədə ÜST xəbər verib.
Məlumata əsasən, dünyada 8 525 042 yoluxma və 456 973 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 138 980, ölənlərin sayı 6 271 nəfər artıb.
Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 4,163,813. Sutka ərzində bu göstərici 71 287 artıb. Orada ölənlərin sayı 3 386 nəfərə artaraq 215 903-ə çatıb. Avropada 2 509 750 yoluxma və 192 645 ölüm faktı qeydə alınıb. 24 saat ərzində orada yoluxanların sayı 18 313, ölənlərin sayı 1726 nəfər artıb. 24 saat ərzində orada yoluxanların sayı 18 313, ölənlərin sayı 1726 nəfər artıb.
Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Orada yoluxanların sayı 878 428-ə çatdı, 19 560 ölüm halı qeyd edilib. Sutka ərzində yoluxanların sayı 21 778 nəfər artıb, 519 nəfər ölüb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
banner

Oxşar Xəbərlər