• cümə, 19 Aprel, 04:29
  • Baku Bakı 18°C

Dünyada münaqişələrin qarşısını almaq lazımdır

05.04.18 13:00 739
Dünyada münaqişələrin qarşısını almaq lazımdır
"Münaqişələrin qarşısının alınması dayanıqlı inkişafın əsas prinsiplərindən biridir”.
Trend-in məlumatına görə, bunu Bakıda Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq nazirlər konfransı zamanı BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak deyib.
O qeyd edib ki, dünyada münaqişələr davam edənədək əhali sosial və iqtisadi inkişafa nail ola bilməyəcək:"Biz dayanıqlı inkişafa nail olmaq üçün səyləri gücləndirməliyik. Bu gün zənginlərlə yoxsullar arasında fərq böyüyür, insanların müharibələri bitirmək çağırışları diqqətə alınmır. Gözəgörünməz müharibə gedir. Bu çətinliklərlə mübarizə aparmaq üçün birləşməliyik”.
M.Layçakın sözlərinə görə, dayanıqlı inkişafa nail olmağın vacib prinsiplərindən biri də inkişafla sülh arasındakı əlaqədir:"Bu gün bütün dünyada gənclər ekstremist qüvvələrin təsirinə məruz qalır. Hesab edirəm ki, bizm burada keçirdiyimiz və keçirəcəyimiz danışıqlar bunun qarşısına almağa kömək edəcək. Biz təhlükəsizlik, sülh və dayanıqlı inkişaf arasında əlaqə yaratmalıyıq”.
banner

Oxşar Xəbərlər