AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötüb

Təfsilat
08 İyul 2020, 21:19 335
Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 12 milyon nəfəri ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, iyulun 7-də dünya üzrə koronavirusa daha 208 min 87 yoluxma halı aşkarlanıb, 5 min 515 nəfər isə həyatını itirib.
Saytın son məlumatına əsasən, indiyədək koronavirus infeksiyasına 12 milyon 3309 yoluxma və 547 min 859 ölüm faktı qeydə alınıb. Yoluxanların 6 milyon 947 minə yaxını sağalıb, müalicəsi davam edən 4 milyon 508 min 539 xəstədən 58 min 293-nün vəziyyəti ağır qiymətləndirilir.
ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyon 100 min nəfərdən çoxdur. Bu göstəriciyə görə sonrakı yerlərdə Braziliya (1 milyon 674 min 655), Hindistan (754 min 152), Rusiya (700 min 792), Peru (309 min 278) və Çili (301 min 19) gəlir.
Birləşmiş Ştatlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 134 min 55 nəfər. İlk beşliyə daxil olan Braziliyada 66 min 868, Birləşmiş Krallıqda 44 min 517, İtaliyada 34 min 899, Meksikada isə 32 min 14 nəfər ölüb.
Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mart ayının 11-də isə yeni növ koronavirus infeksiyasının yayılması pandemiya elan edilib.