AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb

Təfsilat
04 İyul 2020, 11:39 189
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 11 milyon nəfəri ötüb.
Tred-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.
Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 11 031 905 nəfərə çatıb. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 523 777 nəfəri vəfat edib.
Qeyd edilir ki, əm çox yoluxma halı ABŞ-da (2 788 395) və Braziliyada (1 539 081) qeydə alınıb.