• cümə axşamı, 25 aprel, 03:30
  • Baku Bakı 19°C

Dünyada ilk dəfə insan başı transplantasiya ediləcək

08.06.16 10:15 1178
Dünyada ilk dəfə insan başı transplantasiya ediləcək
Dünyanın ilk insan başı köçürülməsi əməliyyatını həyata keçirməyə hazırlaşan italiyalı neyrocərrah Sercio Kanavero əməliyyatın Almaniyada baş tutacağını bəyan edib.
APA-nın "Daily Star”-a istinadən verdiyi xəbərə görə, həkim əməliyyatın keçiriləcəyi dəqiq tarixi açıqlamasa da, unikal transplantasiyanın Milad bayramınadək keçiriləcəyini bildirib (katolik Miladı - 2017-ci ilin dekabr ayı – red.).
Xatırladaq ki, rusiyalı proqramçı Valeri Spiridonov "Səma” adlandırılan layihədə iştirak etməyə razılığını verib. Verdinq-Xofman xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum Spiridonov müstəqil hərəkət etmək imkanından tamamilə məhrum olub.
banner

Oxşar Xəbərlər