• cümə axşamı, 25 aprel, 11:16
  • Baku Bakı 14°C

“Dünyada iki böyük imperial güc var: facebook və google”

16.03.18 11:50 684
“Dünyada iki böyük imperial güc var: facebook və google”
AzərbaycanınDiasporla İş üzrə Dövlət Komitəsivə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən VI Qlobal Bakı Forumu bu gün "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panellə davam edib.
APA-nın məlumatına görə, panelin moderatoru Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmir Musa regional təhlükəsizliyə təhdid olan ikiqütblülükdən danışıb.
O bildirib ki, Rusiyanın Orta Şərqdə baş verən hadisələrə müdaxiləsinin sonunun necə olacağı, rəsmi Moskvanın son hərəkətləri barədə yaranan suallara bu forumda cavab tapılmalıdır: "Əvvəla "Orta Şərqdə nə baş verdi ki, bugünkü xaosa gətirib çıxartdı?” sualına cavab tapmalıyıq. Əminəm ki, Orta Şərqdə ciddi səhvə yol vermişik. Bunun fonunda xarici müdaxilə nəticəsində "ərəb baharı” baş verdi”.
Əmir Musanın fikrincə, Orta Şərqdə qarışıqlıq o zaman sona çatacaq ki, Fələstin dövləti ilə bağlı mübahisə bitsin: "Amma təəssüf ki, nəinki bu mübahisə başa çatır, əksinə ABŞ hələ də Yerusəlim məsələsini daha da qabardır. Bu da bu mübahisəni dərinləşdirir”.
Livanın sabiq baş naziri Fuad Siniora isə bildirib ki, Osmanlı İmperiyası dağılandan sonra regionda siyasi faciələr, siyasi şoklar baş verib. O, hazırda baş verən proseslərdə İranı ittiham edib.
Rusiyanın baş nazirinin sabiq müavini, sabiq dövlət katibi Gennadi Burbulis deyib ki, SSRİ dağıldıqdan sonra regionda siyasi və hərbi gərginliklər daha da artıb: "Müstəqil Dövlətlər Birliyi adı altında qarşısını almağa cəhd etdik, təəssüf ki, kənar müdaxilələr buna imkan vermədi. Məsələn, ABŞ prezidentləri ata və oğul Buş bu prosesi öz qələbələri kimi qeyd etdilər”.
O, SSRİ-nin soyuq müharibəyə qoşulmaqla böyük səhvə yol verdiyini bildirib: "Bu, bizim ən böyük səhvimiz idi. Məhz bu səbəb dən Sovet İttifaqı dağıldı və hazırda regionda bunun acı nəticələrini görürük”.
O qeyd edib ki, buna baxmayaraq, geriyə yol yoxdur: "Bu gün dünyada iki böyük imperial güc var: bu facebook və google-dur. Məsələ bu qədər sadədir”.
Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız isə bildirib ki, Türkiyə inteqrasiyanın və Orta Şərqdə barışığın tərəfdarıdır: "Biz Ərəb Liqasının təmsilçisiyik, Əməkdaşlıq Şurasının fəaliyyətini təqdir edirik, çünki onlar Orta Şərqdə sülhün əldə olunması üçün tam güclə səy göstərir”.
O qeyd edib ki, hadisələr belə davam edərsə, regionda münaqişələr dayanmasa, bəzi liderlər terror təşkilatlarına qarşı qətiyyətli mübarizə aparmazsa, region güclərin daimi oyun mərkəzinə çevriləcək. Regional sahibkarlığa son qoyulmalıdır. Nazir müavini Türkiyənin regiondakı münaqişələr səbəbindən güclü qaçqın axınına məruz qalmasını bildirərək, böhrana qarşı birgə tədbir görülməsinə çağırış edib.
Moderator Əmir Musa nazir müavininin "regional sahibkarlıq” ittihamına reaksiya verib: "Siz bununla nəyi nəzərdə tutursunuz? Bəlkə İran və Türkiyənin regional sahibkarlığından danışaq? Məncə, bu suallara cavab vermək lazımdır”.
Azərbaycanın xarici işlər naziriElmar MəmmədyarovBMT-nin regionda islahat aparmasının vacibliyini bildirib: "İnanıram ki, bütünBMT-yə üzv dövlətlər olaraq, gələcəyi proqnozlarımıza uyğun görmək istəyiriksə, qaydalarımıza əməl etməliyik”.
O, dövlətləri birgə səy göstərməyə çağırıb.
banner

Oxşar Xəbərlər