• cümə, 19 Aprel, 12:40
  • Baku Bakı 25°C

“Dünyada geosiyasi rəqabət getdikcə artır”

16.03.18 14:30 562
“Dünyada geosiyasi rəqabət getdikcə artır”
"Dünyanın fərqli yerlərində silahlı münaqişələrin şahidi oluruq. Bu məsələlərə qlobal yanaşmalar çox fərqlidir. Dünya nizamının təmin olunması daha az dəstək görür. Bu baxımdan dayanıqlı sabit gələcək qurmaq daha mürəkkəb olur”.
APA-nın məlumatına görə, bunu Moldova prezidenti İqor Dodon AzərbaycanınDiasporla İş üzrə Dövlət Komitəsivə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində bu gün davam edən "Balkan regionun indiki və gələcək vəziyyət – regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi?" adlı paneldə çıxışında deyib.
Son on ildə bir çox ölkələrdə davam edən münaqişələrin artıq kritik nöqtəyə çatdığını deyən İ. Dodonvahid yanaşmanın, sülhün bərqərar olmamasının digər təhlükələrə gətirib çıxaran amillərdən biri olduğunu vurğulayıb: "Kütləvi informasiya vasitələrində müharibə sözü çox səslənir. Böyük ölkələr razılığa gələ bilmirsə, kiçik ölkələr bundan əziyyət çəkir. Balkan ölkələri buna bariz nümunədir”.
İ. Dodon əlavə edib ki, Balkan regionunda təhlükəsizliyin təmin olunmasındaAvropa İttifaqının rolu vəATƏT-in yaradılması təqdirəlayiqdir: "Düşünürəm ki, bu məsələnin kompleks şəkildə müzakirəsinin vaxtı gəlib çatıb. Dünyada geosiyasi rəqabət getdikcə artır. Bu münaqişələrin həlli ərazi bütövlüyü, dövlət sərhədləri çərçivəsində olmalıdır. Moldova Aİ ilə əməkdaşlıq edərək Rusiyaya qarşı, ya da Rusiya ilə əməkdaşlıq edərək ABŞ-a qarşı çıxmayacaq. Şərqlə Qərb arasında balanslaşdırılmış şəkildə əməkdaşlıq edəcəyik".
banner

Oxşar Xəbərlər