• cümə, 19 Aprel, 10:54
  • Baku Bakı 13°C

Dünyada bir gündə COVID-19-a 90 mindən çox yoluxma qeydə alınıb

16.05.20 10:30 502
Dünyada bir gündə COVID-19-a 90 mindən çox yoluxma qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı 4,34 milyon nəfərəçatıb.
"Report”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Qeyd edilir ki, dünyada bir gün ərzində koronavirusa 90 mindən çox yoluxma qeydə alınıb. Bu halda COVID-19-dan ölüm hallarının sayı son gün ərzində 5 mindən çox artıb. Bununla da pandemiya qurbanlarının ümumi sayı297 mini ötüb.
ÜST-ün məlumatına görə, dünyada yeni virusa ümumilikdə4 338 658yoluxma və297 119ölüm qeydə alınıb. Son bir gündə COVID-19-a90 629yoluxma,5 073ölüm qeydə alınıb.
ÜST bildirib ki, statistik götəricilər yalnız rəsmi rəqəmləri əks etdirir.
Dünyada koronavirusa ən çox yoluxma Amerika qitəsində qeydə alınıb. Şimali və Cənubi Amerikada ümumilikdə1 864 468insan virusa yoluxub. COVID-19-a bir gün ərzində yoluxma44 915, ölüm sayı2 813artaraq111 934-ə çatıb.
Avropada koronavirusa ümumilikdə1 826 295yoluxma və163 277ölüm qeydə alınıb. Köhnə qitədə 24 saatda koronavirusa yoluxanların sayı daha24 627nəfər, ölənlərin sayı1 864nəfər artıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus213ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adınıCOVID-19 qoyub, martın 11-də isə koronavirusupandemiya elan edib.
banner

Oxşar Xəbərlər