AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünyada 71,3 milyondan çox insana COVID-19 peyvəndi vurulub

Dünyada 71,3 milyondan çox insana COVID-19 peyvəndi vurulub

Təfsilat
27 Yanvar 2021, 13:15 165
Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın başlandığı 57 ölkədə ümumilikdə 71,3 milyondan çox insana peyvənd vurulub.
 
APA-nın xəbərinə görə, bu barədə "Bloomberg” məlumat yayıb.
Bildirilib ki, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən, gündəlik təqribən 3,57 milyon nəfərə vaksin vurulur.

Qeyd olunub ki, artıq ABŞ-da 24,4 milyondan çox insana peyvənd vurulub ki, bu da ümumi əhalinin 7,45%-ni təmsil edir. Çində 15 milyon nəfərə (əhalinin 1,07%-i), Avropa İttifaqında isə 9,7 milyon nəfərə peyvənd vurulub. Əhalinin vaksinasiyasının ən sürətli aparıldığı ölkə isə İsraildir. Bu ölkədə artıq 4,04 milyon nəfərə peyvənd vurulub ki, bu da ümumi əhalinin 44,6%-ni təşkil edir.

Məlumatda o da qeyd olunub ki, BƏƏ-də əhalinin 24,9%-i, Böyük Britaniyada isə 10,9%-nə peyvənd vurulub.