• cümə axşamı, 25 aprel, 02:07
  • Baku Bakı 19°C

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

06.02.18 17:18 1558
Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək
Fevralın 11-i,"Kitabevim.az" kitab evində14:00-dan 16:00-dək"Kitabsevərlər" hərəkatının 18-ci nəşri Eudjen Ovidiu Çiroviçinin "Güzgülər kitabı” təqdim ediləcək.
Hərəkatdan Parafraz-a verilən məlumata görə, yazıçı Ceylan Mumoğlunun tərcüməsi şair Səbuhi Şahmursoyun redaktəsilə ərsəyə gələn kitab "Elm və Təhsil" Nəşriyyatında çap edilib.
Nyu-Yorkda yaşayan ədəbiyyat agenti Piter Kats "Güzgülər kitabı” adlı avtobioqrafiya nəşr etmək təklifi alır. Əlyazmada əsərin başlanğıc hissəsi yerləşdirilib – Riçard Flinn adlı şəxs Prinstondakı tələbəlik illərindən, ilk məhəbbətindən, tanınmış psixologiya professoru Cozef Viderin yanında necə işləməsindən bəhs edir. 25 il qabaq baş vermiş bu hadisələr faciəvi sonluqla bitib, amma cinayətkar hələ də azadlıqdadır. İndi Riçard bütün olub keçənlərə və keçmiş sevgilisi Lora Beynsin davranışlarına yeni bucaqdan yaxınlaşmağa çalışır... hərçənd, əlyazma yarımçıqdır.
Psixoloji-triller janrında qələmə alınan "Güzgülər kitabı” təxəyyülün reallığı necə dəyişməsi haqqındadır. Əsər tarixin məxfi hökmündən – danışdığımız, gizlətdiyimiz və sirr saxlanılması üçün hər şeyə hazır olduğumuz hadisələrdən bəhs edir.
2017-ci ilin ən çox müsbət rəy alan, detektiv elementlərlə zəngin kitablardan olan "Güzgülər kitabı” qısa vaxt ərzində 20-dən çox dilə tərcümə olunub.
Kitabın qiyməti 7 manatdır.
Məkanı tapa bilməyənlər (055) 515-15-54 nömrəsinə zəng edə bilərlər.
banner

Oxşar Xəbərlər