Dünyaca məşhur dizayner Bakıya gələcək - Fotolar
Avstraliyada yaşayan məşhur Azərbaycanlı dizayner Həcər
Qala "Mersedes Benz Dəb Hətfəsi - Bakı”da iştirak etmək üçün Bakıya gələcək. O,
iyunun
17-də "Passaj1901”-də dəb həftəsinin bağlanışında iştirak edəcək.
Xatırladaq ki, Həcər Qala yüksək səviyyəli "Maison De Challie”
brendinin təsisçisidir. Moda evi 1990-cı illərin əvvəllərində Avstraliyanın
Sidney şəhərində açılıb. Həcərin yaradıcılığının sehrli nümunələri bir çox
beynəlxalq kütür nəşriyyatlarında dərc edilib və Avstraliya, Avropa, Yaxın Şərqin
prestijli dəb sərgilərində nümayiş olunub. Son 20 il ərzində Həcər
Avstraliyanın ən yaxşı kütür dizaynerlərindən biri kimi şöhrət qazanıb. O,
Kerri-Enn Kennerli, Adriana Ksenidi, Tara Mories və Melissa Corc kimi məşhurların
paltarlarını dizayn edib. Həcərin ən sonuncu kolleksiyası "Brending” beynəlxalq
səviyyədə tanınmasında dönüş nöqtəsi olub, onun kolleksiyası 2017-ci ilin
oktyabrında Paris dəb həftəsində nümayiş etdirilib və dəb dünyasının xüsusi
diqqətini çəkib.
Onu da əlavə edək ki, Maison De Challie özünəməxsus
gözəlliklərini əks etdirən don axtaran və dünyanın ən modabaz qadınlarının,
eyni zamanda gəlinlərinin məkanıdır.