• cümə, 29 Mart, 14:43
  • Baku Bakı 14°C

Dünya xəritəsində şəhərlərin yeri dəyişdirildi

15.05.18 13:40 1208
Dünya xəritəsində şəhərlərin yeri dəyişdirildi
DÇ-2018-in bir neçə oyununun keçiriləcəyi Volqoqradın beynəlxalq aeroportunda yeni terminal açılıb.
Kaspi.az xəbər verir ki, yeni terminalda dünya xəritəsi də quraşdırılıb. Ancaq bu xəritəyə baxan istənilən şagird onlara məktəbdə coğrafiya fənninin düzgün tədris olunmadığını iddia edəcək.
Xəritədə Moskva Ukrayna ilə sərhəddə göstərilib. Sankt-Peterburq cənuba, Samara isə Qazaxıstana tərəf miqrasiya edib.
Soçi Türkiyə, Dubay Suriya şəhəri kimi göstərilib. Tailandın Pxuket şəhərinin isə heç bəxti gətirməyib. Bu şəhər 5,7 min km "sürüşərək” Tehranın yerini tutub.
banner

Oxşar Xəbərlər