• cümə, 26 Aprel, 04:56
  • Baku Bakı 16°C

Dünya Xəbər Agentliklərinin V Konqresinin bağlanış mərasimində BMT baş katibinin müraciəti oxunub

17.11.16 14:18 672
Dünya Xəbər Agentliklərinin V Konqresinin bağlanış mərasimində BMT baş katibinin müraciəti oxunub
Dünya Xəbər Agentliklərinin Bakıda keçirilən V Konqresinin bağlanış mərasimindəBMTbaş katibi Pan Gi Munun müraciəti oxunub.
APA-nın məlumatına görə, baş katib müraciətində bildirib ki, ifadə və ifadə azadlığı qlobal yol xəritəsi üçün vacibdir: "Xəbər agentlikləri informasiyaların yayılmasında mühüm rol oynayır. İnternet sayəsində daha çox insan informasiya yaya bilir. Səhv informasiyaların yayılması münaqişələrə, nifrətə zəmin yaradır. Çəkinmədən obyektiv informasiyalar yaymaq vacibdir. Azad mediaya dəstək artırılmalıdır. Senzura və jurnalistləri qorxutma ifadə azadlığını sual altına qoyur. Ötən dövrdə 827 jurnalist qətlə yetirilib. Jurnalistlərin təhlükəsizliyi təmin edilməlidir. Dünyada ənənəvi və yeni jurnalistlər hədələnir, onlar həbs olunur. Bir çox hallarda bu, hökumətlərin razılığı ilə baş verir. Hökumətlər,BMTbu sahədə öhdəlik götürməlidir”.
P. G. Mun Konqresin təşkilinə görə Azərbaycana təşəkkür edib.
banner

Oxşar Xəbərlər