• şənbə, 20 Aprel, 18:28
  • Baku Bakı 24°C

Dünya Xəbər Agentliklərinin V Bakı Konqresinin tarixi müəyyənləşib

30.03.15 12:50 1181
Dünya Xəbər Agentliklərinin V Bakı Konqresinin tarixi müəyyənləşib
2016-cı ildə Bakıda təşkil ediləcək V Dünya Xəbər Agentlikləri Konqresinin keçiriləcəyi tarix müəyyənləşib.
AZƏRTAC-ın verdiyi məlumata görə, Dünya Xəbər Agentlikləri Konqresi Şurasına daxil olan SPA, Press Association, AZƏRTAC, Associated Press, Reuters, EFE, TASS, TELAM agentlikləri, həmçinin EANA, OANA və FANA informasiya təşkilatlarının rəhbərləri tərəfindən verilən qərara əsasən V Konqres 2016-cı il noyabrın 16-17-də Bakıda keçiriləcək.
AZƏRTAC-ın ev sahibliyi edəcəyi V Konqresdə dünyanın hər yerindən aparıcı xəbər agentlikləri, elektron və sosial media, həmçinin televiziya şirkətlərinin iştirakı gözlənilir. Toplantıda 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik Azərbaycan Dövlət İnformasiya Agentliyinə keçəcək.
Eyni zamanda, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Assosiasiyasının (OANA) XVI Baş Assambleyasının da Bakıda V Dünya Xəbər Agentlikləri Konqresi ilə bir vaxtda - 2016-cı il noyabrın 18-də keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Xatırladaq ki, 2016-2019-cu illərdə OANA-ya da AZƏRTAC sədrlik edəcək.
banner

Oxşar Xəbərlər