AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünya vətəndaşı Bakıya gələcək

Dünya vətəndaşı Bakıya gələcək

Mədəniyyət
12 Dekabr 2012, 12:09 1890
Məşhur səhnə ulduzu Keiko Matsui Bakıda Heydər Əliyev Sarayında konsert verəcək. “Azadinform”un məlumatına görə, konsert “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq. 2013-cü il martın 15-də baş tutacaq konsertə biletləri şəhərin bütün kassalarından almaq olar. Biletlərin qiyməti 20-100 manat arasında olacaq.

Qeyd edək ki, Keiko Matsui dünya vətəndaşıdır. Yorulmadan qastrol səfərlərinə çıxan Keiko öz musiqisini dünyanın, demək olar ki, hər bir guşəsində tanıdıb. Onun bütün sərhədləri aşıb keçən musiqisi və sözün əsl mənasında beynəlmiləl bağlılığı müxtəlif musiqi təsirlərinin nadir sintezini yaradır.

“Həyatımda musiqinin məni xilas etdiyini hiss etdiyim anlar çox olub” deyən Yaponiyada doğulan pianoçu, bəstəkar və prodüser onunla pərəstişkarlarının arasında bir əlaqənin olduğunu söyləyir: “Mən yollarda olduğum zaman Yer kürəsində insanların hamısının bir olduğu hissinin başqaları ilə paylaşmağımı səbirsizliklə gözləyirəm. Biz hamımız çarpışmalara, ədavətə son qoymalı və birləşməliyik. Musiqi insanları bir araya gətirən ecazkar qüvvəyə malikdir və ümid edirəm ki, mənim musiqim dünyanı ahəngə gətirməyə kömək edəcək. Bu albom mənim üçün xüsusi və çox mühüm bir əhəmiyyət kəsb edir. Ümid edirəm ki, mənim musiqim pərəstişkarlarımın qəlbinə yol tapacaq və onları laqeyd qoymayacaq”.

Təbiətən fəal insan olan Keiko dünya ilə danışmaq üçün təkcə öz musiqisindən istifadə etmir, həm də öz səsini müxtəlif təşkilatlar tərəfindən həyata keçirilən aksiyaların xeyrinə istifadə edib. Məsələn, BMT-nin Ümumdünya Ərzaq Proqramı, “Mart İlik Registrinə Daxil Ol”, “Milli Donor Proqramı” və “İlik Fondu”. Milyon yarımdan artıq tirajla satılmış albomları və bütün dünya üzrə onlarla konsertləri ilə tanınan Keyko Matsui instrumental musiqinin ən parlaq ulduzlarından biridir. Keiko Matsuinin azad ruhu və yaradıcılıq dühası ona Stivi Uander, Maylz Devis, Hyu Masakela, Bob Ceyms və Deyv Koz kimi istedadlı sənətkarlarla eyni səhnədə çıxış etməkdən zövq almaq imkanı verib.

“Billboard” jurnalının üçüncü nömrəsində Matsui “Ən Yaxşı Müasir Caz Artisti” adına layiq görülüb və elə həmin il “Billboard” jurnalının “Ən Yaxşı On Müasir Hind Caz Albomları”nın siyahısında yer tutub. O, Nyu-Yorkdan Moskvaya kimi dünyanın ən məşhur səhnələrində çıxış edib.