• cümə, 29 Mart, 01:17
  • Baku Bakı 7°C

Dünya təhlükəli virusla üz-üzə

08.08.14 12:14 1289
Dünya təhlükəli virusla üz-üzə
Ümumdünya Səhiyyə Təşkilatı Qərbi Afrikada “Ebola” virusunun yayılması ilə əlaqədar ekspertlərin təcili toplantısını keçirib. APA-nın BMT-nin Məlumat Mərkəzinə istinadən verdiyi xəbərə görə, toplantıda virusun bütün dünya üçün təhlükə törədib-törətmədiyi məsələsi müzakirə olunub.
Cenevrədə keçirilən 2 günlük iclasın yekununda qəbul olunan sənəddə “Ebola”nın qeydə alındığı bütün ölkələrdə fövqəladə vəziyyət rejimi tətbiq etməyə çağırış əksini tapıb.
Hazırda 4 Afrika ölkəsində müşahidə olunan virus 900-dən çox adamın həyatına son qoyub. Daha 1711 nəfərin bu xəstəliyə yoluxduğu qeydə alınıb. Alimlər virusun mənbəyinin qorilla və kiçik bonobo şimpanzeləri olduğunu bildirirlər.
banner

Oxşar Xəbərlər