• cümə, 26 Aprel, 18:11
  • Baku Bakı 22°C

Dünya Su Şurasının sədri: "Azərbaycan bir sıra ölkələrə nümunədir"

15.03.17 12:10 652
Dünya Su Şurasının sədri: "Azərbaycan bir sıra ölkələrə nümunədir"
"Azərbaycanın su sahəsinin yaxşılaşdırılmasına ayırdığı diqqət xarici ölkələrə nümunə olmalıdır". "APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit" mövzusunda beynəlxalq elmi-praktiki konfransda Dünya Su Şurasının sədri Benedito Braqa bildirib.
Onun sözlərinə görə, əksər dövlətlər su sahəsinin yaxşılaşdırılmasına ümumi gəlirlərinin 3-4%-ni ayırır: "Ancaq bu məbləğ minimum 6-7% olmalıdır. Azərbaycanda bu göstərici 14% təşkil edir. Bu möhtəşəm və nümunə götürüləsi haldır. Azərbaycan hökuməti suyun keyfiyyəti və təhlükəsizliyinə xüsusi diqqət ayırır. Ancaq Azərbaycan və onun kimi su sahəsinə diqqət edən ölkələrin az olması gələcəyimiz üçün təhlükə yaradır, su böhranını yaxınlaşdırır. Xoş haldır ki, bizim dünyaya Azərbaycan kimi nümunə göstərəcək ölkələrimiz var. Su təchizatının yaxşılaşdırılması üçün hər ölkədə bununla bağlı qurumlar və onların çalışdığı mütəxəssislər olmalıdır. Burada bir sıra məsələlər var: ətraf mühitin qorunması, əhalinin artımı və iqlim dəyişikliyinin nəzərə alınması. Bu cür məsələlərin müzakirəsi üçün bu I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində keçirilən konfranslar və sessiyalar böyük əhəmiyyət kəsb edir".
O bildirib ki, 100 il əvvəl Şollar su mənbəyindən 170 km uzunluğunda Bakıya çəkilən su kəməri Bakının suya olan tələbatını daha da yaxşılaşdırıb.
banner

Oxşar Xəbərlər