• cümə, 19 Aprel, 01:06
  • Baku Bakı 18°C

Dünya mətbuatı seçkilərin nəticələrini demokratik sayır

12.10.13 08:28 7626
Dünya mətbuatı seçkilərin nəticələrini demokratik sayır
Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri və onun nəticələri dünya mediasında geniş müzakirə olunur. Qərb, Türkiyə və Rusiya mətbuatı seçki prosesi, səsvermə günü və nəticələrlə bağlı öz səhifələrində çoxsaylı materiallar yerləşdirməkdə davam edirlər. Aparıcı mətbu orqanlar, televiziyalarda yerləşdirilən xəbərlərdə səsvermə prosesinin tam demokratik standartlara uyğun olduğu xüsusi vurğulanır.
Böyük Britaniyanın nüfuzlu “Financial Times” qəzetində Azərbaycanın nailiyyətlərinə həsr edilmiş iki səhifəlik əlavə dərc edilib. Qəzetdə Azərbaycanın Qafqazın lider dövləti olaraq son 10 il ərzində əldə etdiyi nailiyyətlər vurğulanır, oxuculara siyasət, iqtisadiyyat, beynəlxalq təhlükəsizlik məsələləri, mədəniyyət və idman sahələrində həyata keçirilmiş ən parlaq layihələr barədə məlumatlar çatdırılır.
Rusiya nəşrləri də istisna deyil. Məsələn, “Lenta.ru” xəbər portalı yazır ki, seçki prosesi tam sürprizsiz ötüşdü. Hazırkı prezident İlham Əliyev birinci turda qalib gəldi və bununla üçüncü müddətə prezident seçildi. “Mir24” telekanalı isə politoloq Sergey Mixeyevin fikirlərini yerləşdirib. Onun sözlərinə görə, İlham Əliyev Rusiya və ABŞ-ı qane edir: “Qərbə yaxın beş il ərzində Azərbaycanda sabitliyin olması gərəkdir. O ki qaldı Rusiyaya, Kreml hesab edir ki, İlham Əliyev alternativsiz liderdir. Bundan əlavə, o balanslaşdırılmış siyasət yürüdür. “Qolos Rossii” radiostansiyasında gedən reportajda isə qeyd edilir ki, İlham Əliyev Rusiya ilə Qərb arasında balanslaşdırılmış siyasət yürüdür. Azərbaycan prezidenti Rusiya ilə mehriban dostluq münasibətlərinin qalmasında maraqlıdır. MDB ölkələri İnstitutunun Qafqaz bölməsinin rəhbəri Mixail Aleksandrov bildirib ki, onlara qarşı sərt hərəkətlər baş verməyəcək: “Yalnız Dağlıq Qarabağ məsələsi istisna olmaqla. Belə ola bilər ki, müəyyən radikal qüvvələrin təsiri ilə münaqişə ilə bağlı vəziyyət dəyişə bilər. Lakin Rusiya prezidenti Vladimir Putinin səfəri zamanı prezident İlham Əliyev bəyanat etdi ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır”. “TPP-İnform” agentliyi isə Rusiyanın məşhur beyin mərkəzi milli və beynəlxalq təhlükəsizlik Fondunun eksperti Aleksanlr Novikovun fikirlərini verib. O bildirib ki, İlham Əliyevin qələbəsi o deməkdir ki, Azərbaycan əvvəlki xarici iqtisadi kursunu davam etdirəcək: “Bakı əvvəlki tək ABŞ, Avropa Birliyi və Türkiyə ilə də iqtisadi siyasi münasibətləri prioritet kimi nəzərdən keçirəcək. “Nezavisimaya qazeta” isə belə bir sualla çıxış edir - Azərbaycan İlham Əliyevin üçüncü prezidentliyindən nə gözləyir? Sualı cavablandıran qəzet əməkdaşı yazır ki, bir sıra regional və sosial proqramların, o cümlədən neft sektoru və ölkə regionlarının inkişafı həyata keçiriləcək. O ki qaldı xarici siyasi kursa - balanslaşdırılmış siyasət yürüdən Bakının xarici siyasəti Qarabağ problemini həllinə yönələcək. Bu məqsədə nail olmaq üçün Azərbaycan beynəlxalq arenalardan istifadə edəcək.
Türkiyənin “Milliyet” qəzetinin internet saytında prezident İlham Əliyevin seçkilərdə qələbəsindən bəhs edən “İlham Əliyev siyasəti Qafqazda rifah faktorudur” başlıqlı geniş məqalə yerləşdirilib.
“Hürriyət” qəzeti “Əliyevdən böyük zəfər” başlıqlı xəbərində yazır ki, İlham Əliyevin bu seçkilərdə ciddi rəqibi yox idi. Xəbərdə Milli Şura adlanan qurumun namizədi isə dırnaq arasında “ciddi” kimi səciyyələndirilib. “Zaman” qəzetində dərc olunmuş “Əliyev üçüncü dəfə prezident seçildi” başlıqlı yazıda bildirilir ki, İlham Əliyev böyük fərqlə inamlı qələbə qazandı. Onu ilk təbrik edən lider isə Türkiyə Prezidenti Abdullah Gül oldu. “Yeni Şafak” qəzeti “Azərbaycan Əliyevə davam dedi” başlıqlı məqaləsində Prezident İlham Əliyevin seçkilərdə bir daha inamlı qələbə qazanmasını onun uğurlu iqtisadi və sosial siyasəti ilə əlaqələndirir. Müəllif qeyd edir ki, Azərbaycan xalqı sabit gələcəyə və rifaha səs verib. “Star” qəzeti isə Azərbaycan Prezidentinin növbəti seçkilərdə inamlı qələbəsindən bəhs edən xəbəri “Lider Əliyev” başlığı ilə verib. Prezident İlham Əliyevin seçki zəfəri rəsmi Anadolu agentliyi , “Doğan”, “İhlas” və “Cihan” xəbər agentlikləri tərəfindən də geniş şəkildə işıqlandırılır. Bu xəbərlərdə Yeni Azərbaycan Partiyasının qələbə münasibətilə keçirdiyi tədbirlərə də yer ayrılır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər