• cümə, 29 Mart, 16:24
  • Baku Bakı 14°C

Dünya mediası referendumun nəticələrindən yazmaqda davam edir

29.09.16 14:13 1178
Dünya mediası referendumun nəticələrindən yazmaqda davam edir
Sentyabrın 26-da keçirilən referendum, müzakirəyə çıxarılan məsələlərə dünya mediasının marağı səngimir. Qardaş Türkiyə mətbuatı bu sırada xüsusi ilə seçilir. Bu ölkənin əksər mətbu orqanlarında, televiziyalarında referendum barədə türk xalqına ətraflı məlumat verilir. Məlumat üçün bildirək ki, qardaş ölkənin mətbuatı ilk gündən referendum və ora çıxarılan məsələlərə geniş və obyektiv münasibəti il seçilib. Məsələn, qardaş ölkənin "TRT” kanalının saytında prezident İlham Əliyevin referendumdan sonra verdiyi ilk açıqlama yer alıb. "Dövlət başçısı bildirib ki, keçirilən referendum ölkənin gələcək inkişafını müəyyən edir. Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında referendum nəticələrini dəyərləndirib. Dövlət başçısı bildirib ki, keçirilən referendum ölkənin gələcək inkişafını müəyyən edir. "Azərbaycan xalqının mütləq əksəriyyəti referenduma birmənalı şəkildə "hə” deyib, bizim təkliflərimizi dəstəkləyib, bəyənib. Buna görə mən bir daha bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm”, - deyə saytda yerləşdirilən xəbərdə bildirilib.

Öz növbəsində başqa bir nəşr "haberler.com” də ölkə prezidentinin fikirlərini sitat kimi verib. Sayt prezidentin "dünən keçirilən referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir. Bu etimad bizə güc verir. Bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb.Mən son 13 il ərzində çalışmışam ki, bu yüksək etimadı öz işimlə, fəaliyyətimlə doğruldum. Şadam ki, bu gün Azərbaycan doğrudan da dünyada seçilən ölkələrdəndir. Təhlükəsizlik təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, beynəlxalq nüfuz artır, ordu quruculuğu uğurla gedir. Aprel döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü göstərdi.
Baxmayaraq ki, dünyada iqtisadi böhran davam edir, Azərbaycan iqtisadi sahədə inamla inkişaf edir, bütün sosial layihələr icra olunur. Enerji siyasətimiz nəinki ölkəmiz üçün, regionumuz, dünya üçün böyük əhəmiyyət daşıyır” fikirlərini sitat kimi verib. Eləcə də, "NTV” kanalı da ölkə prezidentinin fikirlərini baş xəbər kimi öz saytında yerləşdirib. "Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində lider dövlətdir. Biz nəhəng sənaye layihələrini icra edirik.Bildiyiniz kimi, Azərbaycanda bu il "Multikulturalizm ili” elan edilib. Ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bax, budur bu gün Azərbaycan reallıqları. Xalq bu reallıqları yüksək qiymətləndirir və referendumun nəticələri məhz buna əsaslanır. Bizə gələcəkdə kimsə xaricdən nə isə diktə etmək istəyəndə iki dəfə fikirləşməlidir. Birincisi, biz heç kimlə diktat dili ilə danışmırıq. Bu yanaşmanı qəbul etmirik. İkincisi və ən önəmlisi, biz heç kimdən asılı deyilik. Bizim apardığımız siyasət bundan ibarətdir ki, ancaq öz gücümüzə arxalanaq, nə siyasi cəhətdən, nə maliyyə cəhətdən heç kimdən asılı olmayaq, heç kimə borclu olmayaq və öz taleyimizi özümüz həll edək”, - deyə telekanalın xəbərlər bölümündə prezidentin fikirləri yer alıb.

Tək Türkiyənin deyil, dünyanın tanınmış qəzetlərindən hesab edilən "CNN Turk” isə "Azərbaycanda referendum nəticələri” başlıqlı xəbəri öz saytında yerləşdirib. Xəbərdə referendumda seçicilərin iştirak faizi, əldə olunan nəticə barədə ətraflı məlumat verilib. Eyni zamanda, referenduma çıxarılan məsələlər barədə də məlumat verilib. Bundan əlavə "Deutsche Welle Türkçe” "Azərbaycanda anayasa islahatına səs verildi” başlıqlı məqaləsində konstitusiyaya edilən dəyişiklər və onun nəticələrinə yer ayırıb. "Rəsmi olmayan nəticələrə görə, Azərbaycan Konstitusiyasına edilən dəyişikliklər qəbul edilib”, - deyə məqalədə qeyd edilib.
Bundan əlavə, xəbərdə referenduma çıxarılan bütün məsələlər barədə oxuculara ətraflı məlumat verilib. Başqa bir nəşr "Əl-cəzirə türk” isə "Azərbaycanda anayasa referendumuna yüzde 86.6 "hə” dedi” başlıqlı məqaləsində referendum, səsvermə və onun nəticələrinə toxunub. Burada xüsusi qeyd edilib ki, seçicilərin 86,6 faizi dəyişikliklərə "hə” cavabını veriblər: "Ölkədə səsvermə hüququ olan 5 milyon 260 min seçicinin 3 milyon 671 minin səs verdiyi referendumda iştirak faizi 69,7 faiz olub. Referendumu 53 min 300 yerli, 117 beynəlxalq müşahidəçi izləyib. Hər məntəqədə səsvermənin gedişini müşahidə etmək üçün veb-kameralar quraşdırılıb”.

Qardaş ölkə ilə yanaşı, qonşu Rusiya mətbuatı da referenduma böyük diqqət ayırıb. Nəşrlər referendumla bağlı Rusiya rəsmilərinin fikirlərini öz səhifələrində yerləşdiriblər. "Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri bu ölkənin xalqının real iradəsini əks etdirir”. RİA "Novosti” xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib. "Referendumun nəticələri göstərir ki, Azərbaycan xalqı Konstitusiyaya dəyişiklikləri dəstəkləyir”, - deyə Lebedyev vurğulayıb.Rusiyalı rəsmi Azərbaycanda keçirilən referendumda MDB-dən də müşahidə missiyasının işlədiyini xatırladıb: "MDB müşahidə missiyası referendumun qanuni, şəffaf, demokratik keçirildiyini, Azərbaycan xalqının iradəsini əks etdirdiyi bildirir”. Bundan əlavə, "Moskovski komsomolets” nəşri də öz səhifələrində referendumun nəticələrinə toxunub. "Mərkəzi Seçki Komissiyasının referendumun nəticələri ilə bağlı yaydığı xəbərdə seçicilərin 69 faizindən çoxunun prosesdə iştirak etdiyi bildirilib.
Onların 90 faizi prezidentlik müddətinin 5 ildən 7 ilə kimi uzadılmasına səs veriblər”. Məqalədə həmçinin prosesi izləyən beynəlxalq müşahidəçilərin səsvermənin gedişinə və nəticələri ilə bağlı müsbət rəy verdikləri vurğulanıb. Konkret olaraq AŞPA-nın nümayəndəsi Aleksandr Nikolskinin fikirlərinə yer veilib: "Səsvermə şəffaf keçirilib və Azərbaycan xalqının iradəsini əks etdirir”. Rusiya nəşri həmçinin prezidentin köməkçisi Əli Həsənovun konstitusiya islahatları ilə bağlı fikirlərini dərc edib. Başqa bir nəşr "Polit.ru” da referenduma yer ayırıb: "Azərbaycanda Konstitusiyaya edilən dəyişikliklərlə bağlı referendum baş tutdu. Bu dəyişikliklərdə prezidentin səlahiyyət müddətinin uzadılması əks olunub. Bütövlükdə mövcud maddələrə 23 dəyişikliyin edilməsi və altı yeni maddənin salınması nəzərdə tutulub”. Daha sonra məqalədə hakim YAP-ın sədr müavini Əli Əhmədovun referendumun nəticələri ilə bağlı fikirlərin yer ayrılıb. YAP funksioneri bildirib ki, əhalinin böyük əksəriyyəti dəyişikliklərə "hə” deyib. Burada həmçinin seçki günü "exit-poll” keçirən qurumların nəticələrinə toxunulub.

Bundan əlavə, Qırğızıstanın Kabar Milli İnformasiya Agentliyi və Ca-news portalı Azərbaycanda keçirilən ümumxalq səsverməsi haqqında materiallar yayıb. Materiallarda Əsas Qanuna təklif edilən əlavə və dəyişikliklər haqqında ətraflı məlumat verilir. Referendumu xarici və yerli müşahidəçilərin izlədiyi diqqətə çatdırılan materiallarda Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin əlavə və dəyişikliklərə müsbət münasibət bildirdiyi diqqətə çatdırılır.
Kamran

banner

Oxşar Xəbərlər