• cümə, 29 Mart, 19:24
  • Baku Bakı 14°C

Dünya mediası Azərbaycanın ovçuluq turizmindən yazır

09.03.18 12:30 1147
Dünya mediası Azərbaycanın ovçuluq turizmindən yazır
"Azərbaycan brendi” layihəsi çərçivəsində peşəkar ovçu kimi dünyanı fəth edən Faiq Babanlı ilə müsahihə dünyanın bir çox ölkələrinin nüfuzlu internet portallarında və qəzetlərində geniş miqyasda dərc edilib.Fəqrli-fərqlibaşlıqlarda çap olunan yazıda qeyd olunur ki, həmyerlimiz ekstremal ovçu kimi dünyada nömrə birlər siyahısına düşüb və buna görə də dünyanın ən tanınmış ovçuları arasında onun da adı çəkilir. Müsahibədəovçuluğun sirrlərindən danışılır və peşəkar ovuçuların ova gedərkən nəyə diqqət etməli olduğu məqamlara toxunulur: "Ovçunun öncə güclü hissiyyatı və enerjisi, həmçinin ətrafdakı təhlükəyə ani reaksiyası olmalıdır. İkincisi, peşəkar ovçuda böyük ürək olmalıdır. Ən vacibi də odur ki, ölüm mələyini tanımalısan. Dünyada mənim kimi vəhşi heyvan ovu edən çox azdır. Çünki ölüm qorxusu var”.
Qeyd edilən müsahibəMisirin ən məşhur qəzeti olan"Əl-Əhram”ınportalında yayımlanıb. Həmçinin müsahibəQırğızıstanın"Erkintoo”rəsmi dövlət qəzetinin saytında dərc edilib. Bununla yanaşı, yazını Qırğızıstanın"Kabar”dövlət xəbər agentliyi türkcə,"Goldenbridgenews.com”agentliyi isə ingiliscə yayımlayıb. Eyni zamanda Qazaxıstanın"Ttjk.kz”saytında da bu müsahibə yerləşdirilib. Türkiyənin"Göktürk”qəzeti də öz səhifəsində müsahibəyə yer ayırıb. Müsahiə Rusiya azərbaycanlılarının vahid informasiya portalı"AzRu.org”da da verilib.
Müxtəllif dillərə tərcümə olunmuş bu müsahibədə dünya şöhrətli ovçuların Azərbaycana gəlib ov etməsindən də danışılır: "15 ildən artıqdır ki, dünya şöhrətli insanlar mənim dəvətimlə Azərbaycana leqal ova gəlir və qonağım olurlar. Elə son gələnlərdən biri İsveç futbolçusu Zlatan İbrahimoviç idi. Yəni dünyada başqa tanınmış çox insanlar var ki, Azərbaycanda gəlib ov edirlər”.Faiq Babanlı müsahibədə Azərbaycanda ovçuluq turizmini inkişaf etdirmək üçün əlverişli şəraitin olduğunu qeyd edib.
Qeyd:İnsan kapitalı üzərində brendləşməyə xidmət edən"Azərbaycan brendi”(Brand of Azerbaijan) layihəsi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, katibiNərgiz Xələf və Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə tərəfindən könüllü olaraq icra edilir. Layihənin məqsədi insan kapitalı faktorunu önə çəkmək, müxtəlif sahələrdə uğur əldə edib dünyaya səs salan azərbaycanlılarıyerli və xarici ictimaiyyətin nəzərinə çatdırmaqdır.
banner

Oxşar Xəbərlər