• cümə axşamı, 28 mart, 20:51
  • Baku Bakı 13°C

Dünya mediası Azərbaycandan yazır

07.02.18 10:00 920
Dünya mediası Azərbaycandan yazır
Prezident İlham Əliyevin Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqqında sərəncamı bir neçə gündür ki, dünya mediasının gündəmindən düşmür. Əksər media orqanlarında bu xəbər gündəmin baş xəbəri kimi dəyərləndirilib. Məsələn, qardaş Türkiyə mediası prezidentin bu sərəncam ilə bağlı xəbəri özlərinin əsas gündəm xəbəri kimiveriblər.
"Haber1.com” portalında dərc edilən "Azerbaycan erken seçime gidiyor” başlıqlı məqalədə prezidentin sərəncamından bəhs edilib. Xəbərdə bildirilir ki, seçkilərin keçirilməsinə yeddi ay qalmış belə bir qərar qəbul edilir. Dünyaca məşhur "Milliyet” qəzeti də bu xəbəri özünün manşeti edib. "Azerbaycan'da cumhurbaşkanı seçimi erkene alındı” başlıqlı məqalədə vurğulanır ki, seçkilər bu ilin aprelin 11-də keçiriləcək.
Öz növbəsində "Karar” nəşri də bu xəbəri dərc edib və əlavə edib ki, seçkilərin oktyabr ayında keçirilməsi planlaşdırılırdı. Qeyd edilir ki, qardaş ölkə Azərbaycanda bu seçkilərdə İlham Əliyevin namizədliyi irəli sürülüb. Bundan əlavə, qardaş ölkənin aparıcı informasiya agentlikləri, o cümlədən DHA, Anadolu, İhlas bu xəbəri əsas xəbərləri kimi qeyd ediblər.
Yeri gəlmişkən, qardaş ölkə ilə yanaşı, dünyanın əksər media vasitələri də prezident seçkilərinin tarixinin dəyişdirilməsi, yəni növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı xəbəri öz manşetlərində yerləşdiriblər. Qonşu Rusiyanın nüfuzlu "Rosbalt” nəşri "Əliyevin köməkçisi Azərbaycanda prezident seçkisi vaxtının dəyişdirilməsini əsaslandırdı” başlıqlı məqalədə yazır ki, Azərbaycanda prezident seçkisinin2018-ci ilin oktyabrından aprelinəçəkilməsi səsvermə gününün beynəlxalq tədbirlərlə üst-üstə düşməsi ilə bağlıdır. RİA"Novosti”nin məlumatına görə,bunuölkə başçısıİlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. "Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq seçkinin oktyabrın 17-də keçirilməsi nəzərdə tutulurdu. Ancaq bu ilin mayından başlayaraq, ölkəmizdə çox sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçki ilə üst-üstə düşür”, - deyə o, bildirib. Ə.Həsənov qeyd edib ki, növbədənkənar seçkinin elan edilməsi ölkə Konstitusiyasına və digər qanunlara tam uyğundur: "Bilirsiniz ki, Konstitusiyaya dəyişiklik edilib və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə kimi uzadılıb. Buna görə də Azərbaycan Respublikası prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkisini elan etmək hüququ verilib”.
"Parlamentskaya qazeta” isə "Azərbaycanda növbədənkənar prezident seçkisi təyin edilib” başlıqlı məqalə dərc edib. "Azərbaycan prezidenti İlham Əliyev 2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkisininkeçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına tapşırılıb ki, prezident seçkisini Seçki Məcəlləsinin tələblərinə əsasən keçirilməsini təmin etsin. Qeyd edək ki, Azərbaycanda növbəti prezident seçkisi oktyabrın 17-də keçirilməli idi. Bir neçə gün əvvəl yerli KİV qarşıdan gələn seçkidə hakim Yeni Azərbaycan Partiyasının hazırkı prezident İlham Əliyevin namizədliyini irəli sürəcəyinə dair xəbər yaymışdı. Sabiq dövlət başçısı Heydər Əliyevin oğlu və davamçısı olan İlham Əliyev ilk dəfə 2003-cü ildə prezident seçilib. 2008 və 2013-cü illərdə o, təkrarən prezident seçkisinin qalibi olub. Ölkə Konstitusiyasına 2016-cı ilin sentyabrında edilmiş dəyişikliklərə görə, bu il ilk dəfə olaraq Azərbaycan prezidenti 7 il müddətinə seçiləcək”, - deyə məqalədə vurğulanır.
Rusiya xəbər saytlarında da bu xəbər və ona münasibətlər yer alıb. Bundan əlavə, "Kommersant” qəzeti də seçkilərin irəli çəkilməsi barədə xəbərlə bağlı material dərc ediblər. Xüsusi qeyd edilir ki, seçkilərin favoriti indiki prezident İlham Əliyevdir.
RİA "Novosti”də dərc edilən xəbərdə MDB İnstitutunun direktor müavini Vladimir Jarixinin fikirləri yer alıb. "Gazeta.ru” isə yazır ki, seçki tarixinin irəli çəkilməsi rəsmi olaraq ADR-in 100 iliyinə hazırlıqla əlaqələndirilib. Bundan əlavə bildirilir ki, prezident İlham Əliyevin növbəti dəfə prezident seçilmək şansı yüksək olaraq qalır. "Artıq həmkarlar ittifaqları İlham Əliyevi prezidentliyə namizəd irəli sürüblər”, - deyə məqalədə vurğulanır.
Rusiyanın başqa bir nüfuzlu nəşri "Politrus” da bu məsələyə geniş yer ayırıb. Məqalədə növbədənkənar seçkilərin təyin edilməsi barədə qərar müxtəlif səbəblərlə əlaqələndirilir.
Digər nüfuzlu bir agentlik "İnterfaks”da dərc edilən xəbərdə isə qeyd edilir ki, Azərbaycan prezidentinin bu seçkilərdə real rəqibləri olmayacaq. Xəbərdə bildirilir ki, Sberbank Investment Research şirkətinin analitikləri 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin qələbəsini gözləyirlər. "Cari ilin payızında Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Lakin, siyasi risklər müşahidə etmirik, çünki hazırkı prezident İlham Əliyev böyük dəstəyə malikdir və ona real müxalif qüvvə yoxdur”, - deyə analitiklər "Azərbaycan: Bakıya qayıdış” icmalında qeyd edirlər.
Azər
banner

Oxşar Xəbərlər