• cümə axşamı, 25 aprel, 21:03
  • Baku Bakı 21°C

Dünya mədəni irsinin şah nümunəsi Azərbaycanda

18.09.14 14:46 1504
Dünya mədəni irsinin şah nümunəsi Azərbaycanda
Qobustan qədim insan təfəkküründən yaranan ən unikal sənət əsərlərindən biridir. Neçə minillikləri yola salan qayaüstü abidələr bu günümüzə kimi sağ-salamat gəlib çatıb.
Qobustan haqqında istər internet səhifələrində, istərsə də kitablarda statistik rəqəmlərə rast gələndə düşünürsən ki, qayalıqlarda aşkar olunmayan heç nə qalmayıb. Lakin belə deyilmiş. Hələ də yeni nümunələr aşkar olunur. Məsələn, ekskursiya marşrutunda aparılan abadlıq işləri zamanı üzərində qayıq təsviri olan daş tapılıb.
Bundan başqa, son araşdırmalar zamanı məlum olub ki, Qobustandakı bəzi petroqliflərin - daş üzərində təsvirlərin” yaşı əvvəllər güman edildiyindən daha qədimdir. Belə ki, radiokarbon analizlərin nəticələri əvvəllər e.ə. 8-10-cu minilliklərə aid edilən petroqliflərie.ə. 12-14-cü minilliklərə aid etməyə imkan verir. 2007-ci ildə UNESCOnunDünya Mədəni İrs siyahısına daxil olunan Qobustana elə həmin ildə Milli Qoruq statusu verilib ki, buna görə də müəssisənin mühafizəsi gücləndirilib. Eləcə də ötən il UNESCO Qobustanqoruğuna gücləndirilmiş mühafizə statusu verib.
Beləcə, Qobustan Milli Tarix-Bədii Qoruğu status etibarilə xeyli yüksəlib. 2007-ci ildə Prezident İlham Əliyevin Qobustanla bağlı imzaladığı sənədə əsasən, qoruqda yeni
muzey binası tikilib və bura nəinkituristlərin, eləcə də ölkəmizə gələn rəsmi qonaqların sevimli, arzulanan məkanına çevrilib. 3D və rəqəmsal texnologiyalardan istifadə olunmaqla hazırlanan muzey ötən il Avropa Şurası tərəfindən dəstəklənən Avropa Muzeylər Forumunun təşkil etdiyi"Avromuzey"- İlin Muzeyi müsabiqəsinin mükafatını alıb.
Qobustana daha çox hansı ölkədən təşrif buyurduğuna gəldikdə, statistikaya əsasən, Almaniya, ABŞ, Rusiya və Yaponiyadan gələn turistlər üstünlük təşkil edirlər. Turistləri muzeyə cəlb etmək üçün sözsüz ki, mütəmadi şəkildə, özü də müasir formada təbliğat işlərinin aparılması vacibdir. Muzeyin əməkdaşları Qobustanın təbliği üçün bütün təbliğat vasitələrindən, xüsusilə sosial mediadan istifadə etməyə çalışırlar. Qoruğun Facebook və bloq səhifəsi, həmçinin rəsmi saytı fəaliyyət göstərir.
Hazırda Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında "Gobustan"oyunu hazırlanır. İstifadəçilər yaxın günlərdə tamamlanacaq oyunu internetdən yükləyə biləcəklər. Oyunun qaydaları haqqında hələ heç bir məlumat verilməsə də, bircə onu deyə bilərik ki, "Gobustan"ın həm sosial şəbəkələr, həm stolüstü kompüterlər, həm də smartfonlar üçün variantları olacaq. Ümid edirik ki, bu virtual oyun da qayaüstü abidənin dünyada təbliğində, xüsusən bu tipli təbliğata meylli olan gənc nəsil arasında tanıdılmasında özünəməxsus rol oynayacaq.
Qobustan haqqında mühüm faktlar sırasında bunlar öndə gəlir: Qobustan abidələri ilk dəfə 1939-cu ildə görkəmli alim İshaq Cəfərzadənin araşdırmaları sayəsində elm aləminə tanıdılıb; 1966-cı ildə Qobustan qoruğu yaradılıb;Qobustanda 1000 qaya üzərində 6300 petroqlif var; Qoruğun fondlarında105000-dən çox artefakt qorunur; Ərazidə 40 kurqan, 20 yaşayış məskəni aşkar olunub; 2007-ci ildə Qobustana Milli Qoruq statusu verilib; 2007-ci ildə Qobustan UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.
Qobustanla bağlı beynəlxalq tədbirlərdən təkcə bunları misal göstərməklə də muzeyin önəmini diqqətə çatdırmaq mümkündür:
7-12 oktyabr 2002-ci ildə Strasburqda, Avropa Şurasının qərargahında "Qobustan" adlı foto-sərgi açılıb. 8-11 noyabr 2004-də Azərbaycan Mədəniyyət Nazirliyinin və UNESCO-nun dəstəyi ilə "Bəşəriyyət üfüqündə dialoq" adlı I beynəlxalq seminar olub. 3-7oktyabr 2005-ci ildə Moskva şəhərində "Qayaüstü incəsənət dünyası" adlı Beynəlxalq konfrans keçirilib. 26-31 mart 2007-də isə Mədəniyyət və Turizm Nazirliyi və Norveç Krallığının dəstəyi ilə "Mərkəzi Avropa və Asiyanın petroqlifləri. Qobustan mədənilandşaftı" adlı III Beynəlxalq seminar keçirilib. 26-28 sentyabr 2008-də Qobustan Milli Tarix-Bədii Qoruğunda Mədəni irs günləri, 7oktyabr 2008-ci ildə isə Qoruğun yaradılması gününə həsr olunmuş "Mədəni irsimizi qoruyaq" adlı tədbir gerçəkləşib. 13 fevral-10aprel, 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyada, Roma Sivilizasiyası Muzeyində "Odlar Yurdu İpəkyolunda" biennalisində Qobustanın nadir abidələri və eksponatlarının sərgisi olub. 14 noyabr-5 dekabr 2012-də isə Heydər ƏliyevFondunun təşəbbüsü və dəstəyi ilə Vatikanda "Azərbaycanın zəngin incilərinə tarixi baxış" adlı sərgisində Qobustanın nadirabidələri və eksponatlarının nümayişi baş tutub. 2012-2013-cü illərdə ABŞ-ın dəstəyi, Azərbaycan, Smitson İnstitutu və Puebloİndiana Cəmiyyətlərinin birgə əməkdaşlığı ilə "Qayalarda yazılan" layihəsi, 31 may-2 iyul 2013-də isə Bakıda keçirilənÜmumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Qobustanda, açıq səma altında Fərəc Qarayevin "Qobustankölgələri" baletinin nümayişi həyata keçirilib.
İnanırıq ki, Qobustan Milli Qoruğu hələ bundan sonra da uzun zaman ərzində dünyanı heyrətləndirməkdə davam edəcək,Azərbaycana və bəşəriyyətə məxsus misilsiz dəyər kimi öz mövqeyini qoruyacaq.
P.S. Yazı Tərəfsiz Jurnalistlər Birliyinin Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Muzeylərin tanıdılması yolu ilə əxlaqi-mənəvi dəyərlərin təbliği” layihəsi çərçivəsində dərc olunur.
banner

Oxşar Xəbərlər